38 min müəllimin maaşı artırıldı

38 min müəllimin maaşı artırıldı
Yanvarın 1-dən Azərbaycanda 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb.
Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilməsən keçən və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunur.
Prezidentin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub.
Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70%-ni əhatə edəcək. Qalan müəllimlərin isə 2017-ci ildə diaqnostik qiymətləndirilməsinin keçirilməsi və 2018-ci il yanvarın 1-dən etibarən əməkhaqqının artırılması nəzərdə tutulur.
Bu islahat başa çatandan sonra müəllimlərin peşə nailiyyətlərinə, iş təcrübəsinə və bir sıra digər meyarlara əsaslanan diferensiallaşdırılmış əməkhaqqı sisteminin tətbiq olunması məsələsi müzakirə olunacaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Soyuq hava şəraiti məktəblərdə dərsə davamiyyətə təsir edib
Soyuq hava şəraiti məktəblərdə dərsə davamiyyətə təsir edib
Ölkə ərazisində müşahidə edilən kəskin soyuq hava şəraiti orta məktəblərdə
Tramp yeni miqrasiya fərmanı vəd edib
Tramp yeni miqrasiya fərmanı vəd edib
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, gələn həftə ölkənin müdafiəsinə
Abşeronda göl daşıb, evləri su basıb
Abşeronda göl daşıb, evləri su basıb
XİA.az-ın verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində
reklam
Məmmədyarov və Nalbandyan Münhendə görüşdülər
Məmmədyarov və Nalbandyan Münhendə görüşdülər
Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistanın xarici işlər
Azərbaycanın Müdafiə naziri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - VİDEO
Azərbaycanın Müdafiə naziri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - VİDEO
Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO
Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik
 
XİA.az - TƏQDİMAT