Birinci vitse-prezident Mehriban Əliyevanın səmərəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ictimai-siyasi həyatda aktiv iştiraka marağı artıb - Hicran Hüseynova

Birinci vitse-prezident Mehriban Əliyevanın səmərəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ictimai-siyasi həyatda aktiv iştiraka marağı artıb
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağı artıb.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr səhiyyə, mədəniyyət, sosial, ekologiya, idman və digər sahələri əhatə edir: "Mehriban xanımın təşəbbüsü ilə qadın hüquqlarının müdafiəsi istiqamətində aparılan işlər xüsusilə qeyd olunmalıdır. Qadın və uşaqların məişət zorakılığından müdafiəsinə yönəlmiş “Məişət zorakılığı haqqında" qanunun qəbul olunmasında, Ailə Məcəlləsində qızlar üçün nikah yaşının 18-ə qaldırılması ilə bağlı dəyişikliyin edilməsində Mehriban xanımın müstəsna rolu var".

H.Hüseynova bildirib ki, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi məqsəd olaraq müəyyən edilib.

Komitə sədri daha sonra əlavə edib ki, müsəlman Şərqində və Türk dünyasında ilk demokratik respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi: "Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilən siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi demokratik dövlət quruculuğunu inkişaf etdirir. Bütün bunların fonunda qadın hüquqlarının qorunması məsələsi də öz aktuallığını saxlayıb. Bu, bir tərəfdən qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələrlə bağlıdırsa, digər tərəfdən, həyata keçirilən dövlət qadın siyasətindən irəli gəlir.

H.Hüseynova əlavə edib ki, 1918-ci ildə qadınlarımız müsəlman Şərqində ilk dəfə olaraq seçmək və seçilmək hüququ qazandılar: "Halbuki həmin dövrdə seçki sahəsində gender bərabərliyi prinsipi nəinki müsəlman Şərqində, hətta ABŞ və Avropa dövlətlərinin əksəriyyətində hələ öz həllini tapmamışdı. 23 ay yaşamasına baxmayaraq, qadın hüqularının müdafiəsi və iştirakçılığının təmin edilməsi sahəsində elə ideyalar, sosial institutlar yarandı ki, bu möhkəm təməl bu gün də özünü dövlətin qadın siyasətində göstərir".

Komitə sədri qeyd edib ki, 1918-1920-ci illər ərzində işləyən qadınların sayı artmış və işçi qadınların sayı işçi kişilərin sayı ilə demək olar ki, bərabərləşmişdi: "İdarəetmə və qərar qəbuletmədə qadınlar aktiv iştirak edir, parlament və hökumət aparatında inzibati vəzifələrdə işləyirdilər. Digər bir vacib məqamı da qeyd etmək isəyirəm ki, o zaman yalnız qadın hüquqlarının müdafiəsi deyil, həmçinin uşaq hüquqlarının qorunması sahəsində çox mühüm addımlar atılıb".

H.Hüseynova bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır:

"O, istər sovet hakimiyyəti, istərsə də müstəqillik dövründə milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün çox böyük işlər görüb. Hazırda cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan qadınlar müstəqil Azərbaycanın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Təməli o illərdə qoyulmuş siyasət Prezidentimiz İlham Əliyev tərəfindən daha da gücləndirilib. Ölkəmiz dünya miqyasında iqtisadi cəhətdən ən rəqabətqabiliyyətli ölkələr sırasında 35-ci yerdədir. “Əsrin müqaviləsi”nin daha da səmərəli şərtlərlə 2050-ci ilə qədər uzadılması, eləcə də enerji, neft-qaz sahəsində nəhəng, irimiqyaslı layihələrin reallaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Azərbaycan nəinki öz xalqı, həm də qonşu ölkələr, bütövlükdə isə dünya üçün önəmli olan layihələr icra edir və bu il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu, elə dünən rəsmi açılışı mərasimi keçirilən "Cənub Qaz Dəhlizi" buna bariz nümunədir. Eyni zamanda, əhalinin xüsusi həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən bütün qüvvələr səfərbər edilib".

H.Hüseynova vurğulayıb ki, bu gün müstəqil Azərbaycan qadınları parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, təhsil, səhiyyə, ölkə iqtisadiyyatının inkişafı, sahibkar kimi biznes strukturları, kənd təsərrüfatı, ordu, idman, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında və İKT sahəsində kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT