Azərbaycanda batut gimnastikası və tamblinq üzrə dünya çempionatının keçirilməsi bu idman növünün daha da populyarlaşmasına və inkişafına kömək edəcək - Мehriban Əliyeva

Azərbaycanda batut gimnastikası və tamblinq üzrə dünya çempionatının keçirilməsi bu idman növünün daha da populyarlaşmasına və inkişafına kömək edəcək
Bakı 2021-ci ildə batut üzərində tullanma və tamblinq üzrə dünya çempionatını qəbul edəcək. Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsi bu qərarı Ficidə keçirilən növbəti iclasında qəbul edib. Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov iclasda iştirak edib

Son üç ildə Azərbaycan paytaxtı “uçan” gimnastlar arasında iri startlara ev sahibliyi edib: 2016-2017-ci illərdə burada Dünya Kuboku yarışları, bu mövsümdə isə Avropa çempionatı keçirilib. Avropa çempionatı ölkəmizin idman həyatında parlaq hadisələrdən birinə çevrilib. Artıq 2021-ci ilin mundialını keçirmək də Bakıya həvalə olunub. Bu çempionat respublikada böyük yarışların təşkili işində yeni səhifə açacaq.

Çempionatın tarixi artıq məlumdur. O, yaş qrupları arasında batut üzərində tullanma üzrə Dünya Oyunları ərəfəsində - noyabrın 11-14-də keçiriləcək. “Uçan” gimnastlar üçün Bakı çempionatı Olimpiadadan sonra ən əhəmiyyətli yarış olacaq. Çempionatda həm adlı-sanlı, həm də gənc idmançılar yarışacaqlar.

FIG-in prezidenti Morinari Vatanabe İcraiyyə Komitəsinin qərarına münasibət bildirərək deyib: “Biz şadıq ki, böyük çempionatları əvvəllər idmanın bu növləri – batut üzərində tullanma və akrobatika üzrə dünya çempionatları keçirməyən ölkələrə etibar ediblər. Belə münasibət həmin idman növlərinin bu regionlarda inkişafına xidmət edir”.

Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva əmin olduğunu bildirib ki, ölkədə batut gimnastikası və tamblinq üzrə dünya çempionatının keçirilməsi bu idman növünün daha da populyarlaşmasına və inkişafına, habelə idman sahəsində beynəlxalq əlaqələrin möhkəmlənməsinə kömək edəcək.

Beləliklə, Azərbaycan idmanın gimnastika növü üzrə iki çempionatı birdən qəbul edəcək. 2019-cu ildə burada bədii gimnastika üzrə dünya forumu, 2021-ci ildə batut üzərində tullanma və tamblinq üzrə mundial keçiriləcək

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
Цитата
  • Группа: Гости
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Люди кому интересно нашла уникальный торрент плеер Kino-Torrent версия PRO
Все фильмы, сериалы и мультики в одной программе - просмотр и скачивание. Бесплатно и без рекламы.
Быстрый поиск по всему рунету. Обновления фильмов точно в день выхода в кинотеатрах.
Сегодня добавленно: "Мег: Монстр глубины" "Днюха!" "Mamma Mia! 2"
Скачать Kino-Torrent версии стандарт можно с офф сайта: KinoTorrentSetup
Скачать Kino-Torrent версии PRO (Nulled) можно здесь: KinoTorrentPro
 
XİA.az - TƏQDİMAT