Aydın Mirzəzadə - “Heydər Əliyev Fondu Azərbaycanın həyatında böyük faktordur”

Aydın Mirzəzadə
Ölkənin Birinci xanımı, I Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə uğurla həyata keçirdiyi humanitar layihələr dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Heydər Əliyev Fondunun tolerantlığın, multikulturalizmin təbliğində və sosial problemlərin həllində gördüyü işlər Azərbaycan dövlətinin müsbət imicinin güclənməsinə öz töhfəsini verir:

“Heydər Əliyev Fondu Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin ideyaları və onun fəaliyyətinin gözəl nəticələri əsasında yaradılıb. İlk gündən Fonda Mehriban xanım Əliyevanın rəhbərlik etməsi Heydər Əliyev adının daim yaşamasına, onun ideyalarının təbliğ edilməsinə, cəmiyyət daxilində müsbət işlərin görülməsinə böyük imkan yaradır.

Bu gün Heydər Əliyev Fondu Azərbaycanın həyatında böyük və müsbət bir faktordur. Fond sosial problemlərin həllində, humanitar layihələrin həyata keçirilməsində böyük rol oynayır. Həm ölkə daxilində, həm də ölkə xaricində gördüyü işlər göz qabağındadır”.

Aydın Mirzəzadə vurğulayıb ki, Azərbaycanın dünyada tanıdılması, onun mədəniyyət və incəsənətinin təbliğ edilməsi, Dağlıq Qarabağ münaqişəsinin dərindən dünya ictimaiyyətinə tanıdılması Fondun əsas fəaliyyətləri hesab edilə bilər:

“Eyni zamanda, Azərbaycanda xəstəxana və məktəb tikintisi, istedadlı gənclərimizin dəstəklənməsi, gənc kadrların hazırlanması istiqamətində də Heydər Əliyev Fondu şaxəli fəaliyyət göstərir.

Mehriban xanımın təşkilatçılığı, onun dövlətçilik təfəkkürü, insanlarla işləmək qabiliyyəti Heydər Əliyev Fondunun nüfuzunu daha da artırır. Hesab edirəm ki, Heydər Əliyev Fondu Azərbaycan reallığının ayrılmaz hissəsi kimi, dövlətçiliyimizin möhkəmlənməsində, müstəqilliyimizin daimi olmasında böyük rol oynayır”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT