Zahid Oruc - Mehriban xanımın varlığı siyasi hakimiyyətin möhkəmliyində mühüm rol oynayır

 Zahid Oruc
“Ölkəmizdə birinci xanımlıq institutu Mehriban xanımın fəaliyyəti ilə formalaşdı. Bu dövr ərzində o, bir tərəfdən İlham Əliyevə yardımçı oldu, onun istər daxili, istərsə də beynəlxalq məkanda imkanlarını, gücünü artırdı, həm də xanım lider kimi Azərbaycanın yaxşı mənada obrazına çevrildi”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Millət vəkili bildirib ki, ötən onilliklər ərzində Mehriban Əliyevanın fəaliyyətini dəyərləndirərkən ona birinci şəxsin fəaliyyətini tamamlayan, onu gücləndirən mövqedən yanaşmalıyıq.

“Dünyada prezidentlər çoxdur, onların da xanımları var. Lakin birinci xanımlıq institututu birdən-birə yaranmır. Bu, bir vəzifə deyil, mənəvi institutdur. Fəaliyyəti ilə bu statusu həqiqətən qazananlar millətin gözündə birinci xanım olur, bəzən rəsmi sturukturlardan daha çox xalqın maraq və mənafelərinə yarayır, işlək olur, insanların gündəlik həyatında onun önəmi hiss edilir. Mehriban Əliyeva müsahibələrinin birində Ulu öndərin daxili dünyası, dünyagörüşünü, varlığını, həyat fəlsəfəsini izah etməyə çalışmışdı. Orada son dərəcə unikal bir fikir səsləndirmişdi. O qeyd edirdi ki, Heydər Əliyevin böyüklüyü haqqında çoxlu kitab oxuyub, sənədli filmləri izləyib, bununla yanaşı, uzun illər ərzində bir ailənin üzvü kimi müşahidələr edib, lakin dövlətin birinci şəxsi simasında Heydər Əliyevə olan baxışları səviyyəsində arzuladığı kitabı hələ ki, oxumayıb. Bu, çox maraqlı yanaşma idi. Təkcə tarixi bir şəxsiyyət kimi Heydər Əliyevin məziyyətləri, daşıdığı xüsusiyyətləri izah etmək baxımdan yox, eyni zamanda Mehriban Əliyevanın özünün də siyasi aləmə, həyata, idarəetmə sahəsinə olan münasibətini təyin etmək baxımdan çox önəmlidir”.

Z.Oruc bildirib ki, Mehriban Əliyeva idarəçiliyi ilə Azərbaycan hakimiyyətini gücləndirdi:

“Hər bir şəxs təmsil etdiyi cəmiyyətin tarixinə, mədəniyyətinə, ənələrinə, incəsənətinə söykənərək hərəkət edir. Azərbaycan tarixində qadın hökmdar və ya qadın rəhbər obrazları ilə öyünürük, lakin bugünkü reallıqda belə bir obraz yaratmaq asan deyil. Öz zəirfliyi, idarəçiliyə gətirdiyi mərhəmət, humanizmi ilə Mehriban xanım Azərbaycanda hakimiyyəti gücləndirdi, dövlətin güclənməsində rol oynadı, Azərbaycan cəmiyyətinə yaxşı nümunələr gətirdi. O, çevik, qoçaq, qabiliyyətlidir, hər zaman birinci şəxs amilini gözləyir. Bütün yerli və beynəlxalq tədbirlərdə Mehriban xanım ölkə rəhbərinin xanımı amilini gözləyərək hərəkət edir. Mehriban xanımın cənab Prezidentlə xoşbəxt olduğu görünür, bu, yaxşı hadisədir. Çünki Şərqdə birinci şəxslərin həyatı millətin taleyinə təsir edir. Mehriban Əliyeva məktəb tikintisi, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi, yaxud ehtiyacı olan insanlara yardımların edilməsi ilə yanaşı, idarəetmədə mühüm bir vəzifə daşıyır. Mehriban xanımın varlığı siyasi hakimiyyətin möhkəmliyində mühüm rol oynayır.

Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi isə həm qanunvericilik baxımdan tələblərə uyğun idi, həm də onun buna mənəvi haqqı çatırdı. Mehriban xanıma siyasi, milli miqyasda uğurlar arzu edirəm. Onun naliyyətləri millətin həyatına mütləq şəkildə təsir edir. Onun daha böyük miqyasda işlərini davam etdirməsini arzu edirəm. Mehriban Əliyeva iradəsi, səbri, dözümü ilə hər zaman sınaqlardan uğurla çıxıb, o hər zaman sübut edib ki, onların əleyhinə olan kampaniyalar onun ailəsinə, siyasi obrazına heç zaman xələl gətirə bilməyib”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT