İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru cənab Pyotr Qlıboçkoya

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru cənab Pyotr Qlıboçkoya

Bu gün Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (MDTU) əlamətdar yubileyini qeyd edir. Qocaman tibb universitetinin yaradılmasından 260 il keçir. O, özünün “Bərabərlər arasında birinci” devizini tamamilə doğruldur. Nadir akademizm və novatorluq, yaradıcı axtarış və məsuliyyət ab-havası Seçenov Universitetinin iri elmi, mədəni və mənəvi mərkəzə çevilməsinə imkan verib. Onun professor və müəllimləri həmişə yüksək erudisiya, ziyalılıq və ən başlıcası, öz humanist peşəsinə sevgi və sədaqətləri ilə fərqləniblər.

“Birinci Tibb Universiteti”nin nüfuzu və şöhrəti Rusiyanın sərhədlərini çoxdan aşıb. Axı, həqiqi elm öz mahiyyətinə görə beynəlmiləldir, onun inkişafı elm və təhsil sahəsində beynəlxalq əməkdaşlıqdan ayrılmazdır. Seçenov Universitetinin beynəlxalq əlaqələrinin coğrafiyası genişdir. MDTU-nun Bakıda açılmış filialı təhsil, müalicə və elmi fəaliyyətini uğurla həyata keçirir. Bu, Azərbaycan ilə Rusiyanın dostluq münasibətlərinə daha bir gözəl sübutdur. Ölkələrimiz elmi və humanitar əməkdaşlığı, vahid təhsil və mədəni məkanı qoruyub saxlayıb və möhkəmləndiriblər.

İki əsrdən artıq fəaliyyəti dövründə Seçenov Universiteti böyük yol keçib. O, adlı-sanlı həkimlərin, alimlərin, maarifçilərin möhtəşəm pleyadasını yetişdirib. Seçenov Universiteti insanların həyatını və sağlamlığını qoruyub saxlamaq naminə humanizm və şəfqət ideallarına əsaslanan nəcib missiyasını davam etdirir. Birinci MDTU təkcə Rusiya üçün deyil, həm də bir sıra başqa ölkələr üçün tibbi kadrlar hazırlanan böyük mərkəzdir. Siz Seçenov Universitetinin ən yaxşı ənənələrini – təhsil və həkim sənəti sahəsində ən yüksək standartları qoruyub saxlayırsınız. Sizin məzunlarınız bu gün dünyanın bir çox guşələrində elmi araşdırmalar aparır, insanlara sağlamlıq və həyat sevincini qaytarırlar.

Seçenov adına Tibb Universitetinin yubileyi təkcə Rusiya üçün deyil, həm də bütün dünyanın tibbi və elmi ictimaiyyəti üçün və əlbəttə, şəxsi bioqrafiyası Seçenov Universiteti ilə bağlı olan hər kəs üçün parlaq və əlamətdar hadisədir.

Mən bu nüfuzlu universitetinin məzunu olmağımla fəxr edirəm və aldığım biliklərə, çox dəyərli şəfqət və xeyirxahlıq məktəbinə görə öz müəllimlərimə minnətdaram.

Hörmətli Pyotr Vitalyeviç, Sizi, Seçenov Universitetinin bütün müəllimlərini və tələbələrini bu əlamətdar yubiley münasibətilə ürəkdən təbrik edirəm. Birinci MDTU-nun həmişə beləcə nüfuzlu, hörmətli, yeni ideyalar üçün açıq, xeyirxah və nurlu məkan kimi qalmasını arzu edirəm.

Əziz dostlar və həmkarlar, sizə uğurlar, əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,
Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Bakı şəhəri, 6 oktyabr 2018-ci il

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT