Rusiya mediası Birinci xanım haqqında yazdı - Mehriban Əliyeva çox nadir hallarda dəb jurnallarının səhifəsindən düşür

“woman.ru” saytının hazırladığı materialı təqdim edirik:
Rusiya mediası Birinci xanım haqqında yazdı
“51 yaşlı Mehriban Əliyevanı, şübhəsiz, dünyanın ən gözəl və dəblə geyinən birinci xanımı adlandırmaq olar. Doğma vətənində və onun hüdudlarından kənarda prezidentin xanımını stil ikonu hesab edirlər. Hətta bəzən xarici nümayəndə heyətlərinin üzvləri, jurnalistlər onu qızları ilə səhv salırlar.
Azərbaycan prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva çox nadir hallarda dəb jurnallarının səhifəsindən düşür. Stil ikonu olan bu xanımın üzərində, görünür, vaxt öz hökmünü verə bilmir. Mehriban Əliyevaya baxdıqda onun iki yetkin qızının, 18 yaşlı oğlunun və hətta nəvələrinin olduğuna inanmaq çətindir.
ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeynin Bakı səfəri zamanı Amerika xüsusi xidmət orqanlarının əməkdaşları yanaşı dayanan üç gözəldən – Mehriban, Leyla (29 yaş) və Arzu (28 yaş) – hansının ölkə başçısının xanımı olduğunu ayırd etməkdə çətinlik çəkmişdilər.
Mehriban Əliyeva ölkəsi üçün çox işlər görür, həyat yoldaşını bütün səfərlərdə, rəsmi görüşlərdə müşayiət edir.
O hətta bir neçə gün əvvəl başa çatan “Bakı-2015” İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri olub. Azərbaycanın birinci xanımı tərəfindən toplanmış şəkillər, art-obyektlər paytaxtda yerləşən Müasir İncəsənət Muzeyində yığılıb.
Bizim fotoqalereyamızda isə təkcə Mehriban Əliyeva və onun stilini əks etdirən şəkillər deyil, Azərbaycanın hakim ailəsinin fotoları yer alıb”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
"Elba" MMC-yə məxsus heyvan kəsimi sexində mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilmişdir
Daşkəsən Rayonunun ərazisində yerləşən "Elba" MMC-yə məxsus heyvan kəsimi,
Salyanda avtomobil piyadanı vurub
Salyanda avtomobil piyadanı vurub
Salyan rayonunda yol-nəqliyyat hadisəsi olub. Xia.az APA-ya istinadən
reklam
Gəncədə qızın qızı qaçırması ilə bağlı xəbər yayıldı
Gəncədə qızın qızı qaçırması ilə bağlı xəbər yayıldı - YENİLƏNİB
Gəncədə qızın qızı qaçırması ilə bağlı yayılan xəbərin təfərrüatları məlum
Hərbi ekspert Rusiyadan alınan hücum silahlarını şərh etdi
Hərbi ekspert Rusiyadan alınan hücum silahlarını şərh etdi
“Rusiyadan alınan hücum silahlarının daha bir hissəsinin ölkəmizə
Dolların sabaha olan məzənnəsi
Dolların sabaha olan məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 28-ə olan USD/AZN məzənnəsini
 
XİA.az - TƏQDİMAT