Mehriban Əliyevadan onu təbrik edənlərə müraciət - "Mən sosial şəbəkələrin fəal olmayan istifadəçisiyəm"

Mehriban Əliyevadan onu təbrik edənlərə müraciət
“Mən sosial şəbəkələrin fəal olmayan istifadəçisiyəm. Amma mənə deyirlər ki, siz mənə nə qədər xeyirxah, xoş və səmimi arzular ünvanlamısınız"

Azərbaycanın birinci xanım Mehriban Əliyeva ad günü münasibətilə onu təbrik edənlərə minnətdarlığını bildirib.

APA-nın xəbərinə görə, M. Əliyeva ad günü münasibətilə KİV-lər, sosial şəbəkələr, Azərbaycanın müxtəlif regionlarından və xarici ölkələrdən məktublar və teleqramlar vasitəsilə aldığı çoxsaylı təbriklər üçün hamıya səmimi qəlbdən təşəkkürünü və minnətdarlığını bildirib.

“Mən sosial şəbəkələrin fəal olmayan istifadəçisiyəm. Amma mənə deyirlər ki, siz mənə nə qədər xeyirxah, xoş və səmimi arzular ünvanlamısınız. Hamınıza “Çox sağ olun” deyirəm! Öz məhəbbətlərini belə sadə, gözəl və səmimi ifadə edən uşaqların təbrikləri məni çox mütəəssir etdi.

Mən sizin diqqətinizi yüksək qiymətləndirirəm və hər birinizə minnətdaram. Sizin arzularınızdan doğan hərarətə, hər bir sözünüzdə hiss etdiyim səmimiyyətə görə minnətdaram. Məhəbbətinizə və etimadınıza görə sağ olun” deyə Birinci xanım qeyd edib.

M. Əliyeva artıq uzun illərdir ki, həyatının ən müxtəlif məqamlarında bu dəstəyi hiss etdiyini də vurğulayıb: “Məhz siz və sizin mənə inamınız məni ruhlandırır və əlavə qüvvə verir. Sözlərin və vədlərin müəyyən müddətdən sonra unudulmaq xüsusiyyəti var. Amma həyata keçirilən ideyaların nəticələri heç vaxt yaddan çıxmır. Sizin təbriklərinizi mənim fəaliyyətimə, mənim zəhmətimə ehtiramın əlaməti kimi dəyərləndirirəm”.

“Hər birinizə ayrılıqda cavab verməyə fiziki imkanım olmadığı üçün bir daha hamınıza xoş münasibətə görə dərin minnətdarlığımı bildirirəm. Hər birinizə, ailələrinizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik, aydınlıq və məhəbbət arzu edirəm” deyə müraciətdə qeyd olunub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq?
ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq? - Politoloqun cavabı
Bu isə Şimali Koreyanı narahat edir. Şimali Koreya ətrafında keçirilən
“Xoşqədəm mənə dedi ki, çıx efirdə ağla, sənə kömək edək”
“Xoşqədəm mənə dedi ki, çıx efirdə ağla, sənə kömək edək”
3 övlad anası Vüsalə Seyidova yoldaşı Samir Seyidovun özünü asaraq
Bu axşam hər kəsin işığı sönəcək
Bu axşam hər kəsin işığı sönəcək - SƏBƏB BƏLLİDİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti davamlı olaraq iqtisadi və ekoloji
reklam
Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib
Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş Dağlıq
Ərdoğan:
Ərdoğan: - "Kılıçdaroğlu gəlməyəcəm demişdi, amma quzu kimi gəldi"
"Bunlara beş keçi verin, onu da qoruya bilməyəcəklər. Bu binanı (Antalya
Avroparlamentin rəhbəri:
Avroparlamentin rəhbəri: - "Avropa İttifaqı qeyri-effektivdir və həddən artıq bürokratikləşib"
"Avropa İttifaqı (Aİ) çox sayda səhv edib, qurum qeyri-effektiv fəaliyyət
 
XİA.az - TƏQDİMAT