Arzu Əliyevanın filmi Azərbaycanın hüdudlarından kənarda nümayiş olunub - FOTO

Arzu aliyeva Sənədli film qonaqlar tərəfindən böyük maraqla qarşılanıb
Arzu Əliyevanın filmi Azərbaycanın hüdudlarından kənarda nümayiş olunub

Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin Azərbaycanın Braziliyadakı səfirliyində təqdimatı keçirilib.
Tədbirdə çıxış edən səfir Elnur Sultanov Arzu Əliyevanın layihə rəhbəri olduğu sənədli filmin faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunduğunu diqqətə çatdırıb.
Diplomat qeyd edib ki, filmin çəkilməsində məqsəd faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının tarixi rolunu, Bakı neftinin strateji əhəmiyyətini bütün dünyaya göstərmək və eyni zamanda, bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır.
O, filmin təqdim edilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib.
Səfir E.Sultanov vurğulayıb ki, çəkilişləri 14 ay davam edən sənədli filminin üzərində iş zamanı bir sıra ölkələrin arxivlərində çoxlu sayda sənəd araşdırılıb. Bildirilib ki, filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır.
Filmin aktual xarakter daşıdığını bildirən səfir dünyanın müxtəlif yerlərində zorakılığın, ekstremizmin, etnik təmizləmə, qaçqın böhranı və digər mənfi halların davam etdiyini vurğulayaraq ölkəmizin torpaqlarının 20 faizinin Ermənistan tərəfindən iyirmi ildən artıqdır işğal olduğunu qonaqların diqqətinə çatdırıb. Diplomat filmin sülh, ədalət və təhlükəsizliyin bərqərar olunması və beynəlxalq hüquqa riayət edilməsi üçün güclü ismarıc göndərdiyini vurğulayıb.
Sənədli film qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Filmin gələcəkdə də Braziliyada nümayiş etdirilməsi məqsədilə müxtəlif təkliflər səsləndirilib.
Tədbirdə Braziliyanın dövlət rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri, akademik dairələrin, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər.
Arzu Əliyevanın filmi Azərbaycanın hüdudlarından kənarda nümayiş olunub
Arzu Əliyevanın filmi Azərbaycanın hüdudlarından kənarda nümayiş olunub
Arzu Əliyevanın filmi Azərbaycanın hüdudlarından kənarda nümayiş olunub
Arzu Əliyevanın filmi Azərbaycanın hüdudlarından kənarda nümayiş olunub

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Soyuq hava şəraiti məktəblərdə dərsə davamiyyətə təsir edib
Soyuq hava şəraiti məktəblərdə dərsə davamiyyətə təsir edib
Ölkə ərazisində müşahidə edilən kəskin soyuq hava şəraiti orta məktəblərdə
Tramp yeni miqrasiya fərmanı vəd edib
Tramp yeni miqrasiya fərmanı vəd edib
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, gələn həftə ölkənin müdafiəsinə
Abşeronda göl daşıb, evləri su basıb
Abşeronda göl daşıb, evləri su basıb
XİA.az-ın verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində
reklam
Məmmədyarov və Nalbandyan Münhendə görüşdülər
Məmmədyarov və Nalbandyan Münhendə görüşdülər
Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistanın xarici işlər
Azərbaycanın Müdafiə naziri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - VİDEO
Azərbaycanın Müdafiə naziri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - VİDEO
Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO
Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik
 
XİA.az - TƏQDİMAT