Mehriban Əliyeva "2015-ci ilin adamı" elan olundu

Birinci xanım mükafata bir sıra mühüm fəaliyyətlərinə görə layiq görülüb.
Mehriban Əliyeva "2015-ci ilin adamı" elan olundu
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəikili, birinci xanım Mehriban Əliyevanı "2015-ci ilin adamı" elan edib.

ANS PRESS-in məlumatına görə, Mehriban xanım bu mükafata Birinci Avropa Oyüunlarının yüksək səviyyədə təşkili və keçirilməsində oynadığı müstəsna rola, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində göstərdiyi geniş miqyaslı fəaliyyətə Azərbaycan və Dünya mədəniyyətinin qarşılıqlı inteqrasiyası üçün gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasına verdiyi töhfələrə və ardıcıl xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu 2005-ci ildə də Mehriban Əliyevaya "ilin adamı" mükafatını təqdim etmişdi.



Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 2005-ci ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.



Azərbaycanda ilin adamı mükafatı — 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşdırılması naminə samballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.


İlin adamları

2001 — Hacıbala Abutalıbov
2002 və 2003 — Heydər Əliyev
2004 — Toşiyuki Fucivara
2005 — Mehriban Əliyeva
2006 — Allahşükür Paşazadə
2007 — İlham Əliyev
2008 — Tahir Salahov
2009 — Polad Bülbüloğlu
2010 — Mübariz İbrahimov
2011 — Eldar Qasımov və Nigar Camal
2013 — İlham Əliyev

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
"Elba" MMC-yə məxsus heyvan kəsimi sexində mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilmişdir
Daşkəsən Rayonunun ərazisində yerləşən "Elba" MMC-yə məxsus heyvan kəsimi,
Salyanda avtomobil piyadanı vurub
Salyanda avtomobil piyadanı vurub
Salyan rayonunda yol-nəqliyyat hadisəsi olub. Xia.az APA-ya istinadən
reklam
Gəncədə qızın qızı qaçırması ilə bağlı xəbər yayıldı
Gəncədə qızın qızı qaçırması ilə bağlı xəbər yayıldı - YENİLƏNİB
Gəncədə qızın qızı qaçırması ilə bağlı yayılan xəbərin təfərrüatları məlum
Hərbi ekspert Rusiyadan alınan hücum silahlarını şərh etdi
Hərbi ekspert Rusiyadan alınan hücum silahlarını şərh etdi
“Rusiyadan alınan hücum silahlarının daha bir hissəsinin ölkəmizə
Dolların sabaha olan məzənnəsi
Dolların sabaha olan məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 28-ə olan USD/AZN məzənnəsini
 
XİA.az - TƏQDİMAT