Bu gün akademik Arif Paşayevin 82 yaşı tamam olur

Bu gün Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin doğum günüdür.
Bu gün akademik Arif Paşayevin 82 yaşı tamam olur
Azərbaycanın tanınmış ziyalılarından olan A.Paşayevin 82 yaşı tamam olub.
Qeyd edək ki, akademik Arif Mircəlal oğlu Paşayev 1934-cü il fevralın 15-də Bakıda anadan olub. 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirib, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. Həmin vaxtdan o, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxıb.
Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. Alimin əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sıra sənaye müəssisələrində tətbiq edib.
Görkəmli alim 1960-1964-cü illərdə Moskvada «QİREDMET» İnstitutunda aspirant olub, 1966-cı ildə isə «Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya akademiyalarının akademiki Arif Paşayevin elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır.
Akademik Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almış, medallar və diplomlarla təltif olunub. Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə «SSRİ-nin ixtiraçısı» medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiİtərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülüb. «VEKTOR» — Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə «Azərbaycanın tanınmış alimləri» beynəlxalq layihəsinin qalibi olmuş və «XXI əsrin tanınmış alimi» beynəlxalq diplomu ilə təltif edilib.
Azərbaycanda elmin, təhsilin inkişafında yüksək xidmətləri olan akademik Arif Paşayev 2004-cü il fevralın 15-də Vətənimizin daha bir yüksək mükafatına — «Şöhrət ordeni»nə layiq görülüb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
"Elba" MMC-yə məxsus heyvan kəsimi sexində mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilmişdir
Daşkəsən Rayonunun ərazisində yerləşən "Elba" MMC-yə məxsus heyvan kəsimi,
Salyanda avtomobil piyadanı vurub
Salyanda avtomobil piyadanı vurub
Salyan rayonunda yol-nəqliyyat hadisəsi olub. Xia.az APA-ya istinadən
reklam
Gəncədə qızın qızı qaçırması ilə bağlı xəbər yayıldı
Gəncədə qızın qızı qaçırması ilə bağlı xəbər yayıldı - YENİLƏNİB
Gəncədə qızın qızı qaçırması ilə bağlı yayılan xəbərin təfərrüatları məlum
Hərbi ekspert Rusiyadan alınan hücum silahlarını şərh etdi
Hərbi ekspert Rusiyadan alınan hücum silahlarını şərh etdi
“Rusiyadan alınan hücum silahlarının daha bir hissəsinin ölkəmizə
Dolların sabaha olan məzənnəsi
Dolların sabaha olan məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 28-ə olan USD/AZN məzənnəsini
 
XİA.az - TƏQDİMAT