Mehriban Əliyeva: - İnsanları eşitməyə və onların yanında olmağa çalışırıq

Mehriban Əliyeva:
Bizim çoxşaxəli fəaliyyətimiz var. Təhsil, mədəniyyət, gənclərə yardım, ətraf mühitin qorunması və s. Bu illər ərzində bizim əldə etdiyimiz ən böyük nailiyyət Azərbaycan xalqının hörmətini və inamını qazanmaq olub.

Bu sözləri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “2015-ci ilin adamı” mükafatının təqdim edilməsi mərasimindəki çıxışında deyib.

Mehriban Əliyeva qeyd edib ki, ötən ilin yadda qalan hadisələri arasında ilk Avropa Oyunları xüsusi yer tutur.

“Avropa Olimpiya Komitəsi bu qərarı qəbul edərkən bir necə amilə əsaslanmışdı - ölkəmizdə mövcud olan infrastruktura, idman infrastrukturuna, idmançılarımızın beynəlxalq arenada göstərdiyi nailiyyətlərə, dövlət tərəfindən idmana göstərilən böyük diqqətə və əlbəttə, ölkəmizin ümumi inkişafına. Mən Təşkilat Komitəsinin sədri kimi, çox xoşbəxtəm ki, biz hazırlığa ayrılan qısa bir zamanda - cəmi iki il yarım ərzində Oyunları ən yüksək səviyyədə hazırlayıb keçirə bildik”, - deyə M.Əliyeva bildirib.

Heydər Əliyev Fondunun əməyini xüsusi vurğulayan Mehriban Əliyeva xatırladıb ki, Oyunların təqdimat mərasimi Avropanın bir çox paytaxtlarında keçirilib.

“Bu tədbirlərdə Azərbaycanın təkcə idman sahəsində olan nailiyyətləri haqqında yox, həmçinin tarixi, mədəniyyəti, keçmişi, bu günü haqqında danışırdıq. Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycanı dünyada təkcə böyük enerji resurslarına malik ölkə kimi yox, həm də zəngin tarixə və mədəniyyətə malik olan ölkə kimi tanıdaq. Biz bu tədbirlərdən bir fürsət kimi ölkəmizi dünyada tanıtmaq və təqdim etmək üçün istifadə edirdik. Bu sahədə Heydər Əliyev Fondunun əməyi çox böyükdür.

Biz xaricdə, dünyanın müxtəlif ölkələrində və şəhərlərində 250-dən çox belə tədbir, Azərbaycanın mədəniyyət günlərini keçirmişik. Mən bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon, ölkəmizin ərazisinin 20 faizinin işğal altında olması, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında hər zaman dəfələrlə danışıram. İşğal altında olan torpaqlarda bizim mədəni və tarixi irsimiz düşmən tərəfindən hədəfə götürülüb.

Bildiyiniz kimi, bu ərazilərdə Azərbaycanın 900-ə yaxın mədəni, dini və tarixi abidəsi var. Onların əksəriyyəti məhv olub. Əlbəttə, bu fürsətdən istifadə edərək biz hər dəfə bu mövzunu gündəmə gətirir, hər dəfə bu barədə danışırıq. Dünya ictimaiyyətinin diqqətini yenidən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə yönəltməyə çalışırıq”, - deyə fondun prezidenti qeyd edib.

Mehriban Əliyeva bildirib ki, Heydər Əliyev Fondu bu il may ayında fəaliyyətinin 12-ci ildönümünü qeyd edəcək.

“Bizim çoxşaxəli fəaliyyətimiz var. Təhsil, mədəniyyət, gənclərə yardım, ətraf mühitin qorunması və s. Bu illər ərzində bizim əldə etdiyimiz ən böyük nailiyyət Azərbaycan xalqının hörmətini və inamını qazanmaq olub. Bilirsiniz, biz minlərlə məktub alırıq. Çox zaman bu məktublarda insanlar yazırlar ki, Heydər Əliyev Fondu bizim son ümid yerimizdir. Biz bu məsuliyyəti çox yaxşı dərk edirik və ilk gündən fəaliyyətimizə başlayanda bəyan etmişdik ki, respublika əhəmiyyətli irimiqyaslı layihələrlə yanaşı, bizə müraciət edən hər bir insanın, vətəndaşın yanında olmağa, onu eşitməyə və imkan dairəsində onun probleminin həllində iştirak etməyə çalışacağıq.

Biz bu prinsiplə işləmişik. Mənə elə gəlir ki, qazanılan hörmət məhz buna görədir. Çünki biz heç bir məktubu cavabsız qoymuruq, insanları eşitməyə və onların yanında olmağa çalışırıq. Bu illər ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə 50 mindən çox insan həm Azərbaycanda, həm xaricdə müalicə alıb və normal həyat tərzinə qayıdıb”, - deyə Mehriban Əliyeva bildirib.

Mehriban Əliyeva qeyd edib ki, Heydər Əliyev Fondu bu illər ərzində Azərbaycanda 50 dini, tarixi və mədəni abidənin bərpasında iştirak edib.

“Eyni zamanda, biz dünyada, dünyanın müxtəlif ölkələrində və şəhərlərində 40-dan çox dini və mədəni abidənin bərpasında iştirak etmişik”, - deyə Mehriban Əliyeva vurğulayıb.

Qeyd edək ki, martın 1-də Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2015-ci ilin adamı” mükafatının təqdim edilməsi mərasimi keçirilib.

Mərasimdə Mehriban Əliyevaya “2015-ci ilin adamı” mükafatının diplomu və pul mükafatı təqdim olunub. Qeyd edək ki, təqdim edilən pul mükafatıHeydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan və daun sindromlu şəxslərin sosial-mədəni reabilitasiyasına xidmət edən Bakıdakı Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin hesabına köçürüləcək.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq?
ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq? - Politoloqun cavabı
Bu isə Şimali Koreyanı narahat edir. Şimali Koreya ətrafında keçirilən
“Xoşqədəm mənə dedi ki, çıx efirdə ağla, sənə kömək edək”
“Xoşqədəm mənə dedi ki, çıx efirdə ağla, sənə kömək edək”
3 övlad anası Vüsalə Seyidova yoldaşı Samir Seyidovun özünü asaraq
Bu axşam hər kəsin işığı sönəcək
Bu axşam hər kəsin işığı sönəcək - SƏBƏB BƏLLİDİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti davamlı olaraq iqtisadi və ekoloji
reklam
Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib
Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş Dağlıq
Ərdoğan:
Ərdoğan: - "Kılıçdaroğlu gəlməyəcəm demişdi, amma quzu kimi gəldi"
"Bunlara beş keçi verin, onu da qoruya bilməyəcəklər. Bu binanı (Antalya
Avroparlamentin rəhbəri:
Avroparlamentin rəhbəri: - "Avropa İttifaqı qeyri-effektivdir və həddən artıq bürokratikləşib"
"Avropa İttifaqı (Aİ) çox sayda səhv edib, qurum qeyri-effektiv fəaliyyət
 
XİA.az - TƏQDİMAT