Mehriban Əliyeva xalq artistinin əməliyyat xərclərini öhdəsinə götürdü

Mehriban Əliyeva xalq artistinin əməliyyat xərclərini öhdəsinə götürdü
Martın 5-də Azərbaycanın Xalq Artisti Afaq Bəşirqızı Respublika Diaqnostika Mərkəzində bel fəqərə sütunundan cərrahiyyə əməliyyatı olunub.

Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə cərrahiyyə əməliyyatı Fondun dəstəyi ilə həyata keçirilib və Xalq Artisti Afaq Bəşirqızının səhhəti ilə bağlı məsələlər Azərbaycanın birinci xanımının himayəsinə götürülüb.

Əməliyyatdan əvvəl Xalq Artistinin səhhəti ilə bağlı geniş təhlillər aparılıb, azərbaycanlı mütəxəssislər və Türkiyədən dəvət olunmuş həkimlərin iştirakı ilə cərrahiyyə əməliyyatına qərar verilib.

Əməliyyat ərəfəsində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Respublika Diaqnostika Mərkəzində Afaq Bəşirqızı ilə görüşüb və Fondun prezidenti Mehriban Əliyevanın Xalq Artistinin sənətinə yüksək dəyər verdiyini, onun səhhəti ilə yaxından maraqlandığını və nəzarətdə saxladığını bildirib.

Afaq Bəşirqızı əməliyyatdan sonra Respublika Diaqnostika Mərkəzində qısa reabilitasiya dövrü keçəcək.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dollar sürətlə bahalaşır
Dollar sürətlə bahalaşır - HƏRRAC
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Dünya bazarında xam neftin qiymətində qeyri-stabillik müşahidə olunur. APA
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda fəaliyyətdə olan və fəaliyyəti dayandırılmış bir neçə
reklam
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydasını pozduğu üçün
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Təhsil Nazirliyinin bir sıra kütləvi informasiya vasitələrində Şəmkir
Krımda azərbaycanlı iş adamı həbs olunub
Krımda azərbaycanlı iş adamı həbs olunub
Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində
 
XİA.az - TƏQDİMAT