Mehriban Əliyeva Haydrun Tempel ilə görüşdü

“Bu sahədə daha çox iş görməyə hazırıq”.
Mehriban Əliyeva Haydrun Tempel ilə görüşdü
Martın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel ilə görüşüb.
Azərbaycan ilə Almaniya arasında mövcud əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğunu deyən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva münasibətlərimizin inkişafında Haydrun Tempelin xidmətlərini xüsusi qeyd etdi.
“Siz səfir olaraq ölkəmiz haqqında dolğun məlumatlar çatdırırsınız”, - deyən Mehriban Əliyeva bildirdi ki, bu, ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin inkişafına önəmli töhfədir.
Birinci xanım Mehriban Əliyeva Azərbaycanın Avropanın aparıcı ölkələrindən biri olan Almaniya ilə əlaqələrin inkişafında maraqlı olduğunu söylədi. Bildirdi ki, ölkələrimiz arasındakı əməkdaşlıq qarşılıqlı maraq əsasında qurulub.
Ölkələrimizin humanitar sahədə də münasibətlərinin inkişafı üçün yaxşı potensialın mövcudluğunu qeyd edən Mehriban Əliyeva Heydər Əliyev Fondunun bu sahədə daha çox iş görməyə hazır olduğunu vurğuladı. Heydər Əliyev Fondunun Almaniyada bir sıra layihələr həyata keçirdiyini xatırladan Azərbaycanın birinci xanımı bu layihələrin böyük maraqla qarşılandığını, humanitar sahədə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırdı.
Azərbaycanın birinci xanımı ilə görüşdən şərəf duyduğunu deyən səfir Haydrun Tempel ölkələrimiz arasında münasibətlərə verilən yüksək dəyərə görə Mehriban Əliyevaya dərin təşəkkürünü bildirdi. Səfir Azərbaycan ilə Almaniya arasında gözəl münasibətlərin qurulduğunu qeyd etdi, Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun fəaliyyətinin ölkəmizin hüdudlarından kənarda da yaxşı tanındığını vurğuladı.
Görüşdə təhsil və mədəniyyət sahələri ilə bağlı layihələr müzakirə edildi.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq?
ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq? - Politoloqun cavabı
Bu isə Şimali Koreyanı narahat edir. Şimali Koreya ətrafında keçirilən
“Xoşqədəm mənə dedi ki, çıx efirdə ağla, sənə kömək edək”
“Xoşqədəm mənə dedi ki, çıx efirdə ağla, sənə kömək edək”
3 övlad anası Vüsalə Seyidova yoldaşı Samir Seyidovun özünü asaraq
Bu axşam hər kəsin işığı sönəcək
Bu axşam hər kəsin işığı sönəcək - SƏBƏB BƏLLİDİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti davamlı olaraq iqtisadi və ekoloji
reklam
Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib
Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş Dağlıq
Ərdoğan:
Ərdoğan: - "Kılıçdaroğlu gəlməyəcəm demişdi, amma quzu kimi gəldi"
"Bunlara beş keçi verin, onu da qoruya bilməyəcəklər. Bu binanı (Antalya
Avroparlamentin rəhbəri:
Avroparlamentin rəhbəri: - "Avropa İttifaqı qeyri-effektivdir və həddən artıq bürokratikləşib"
"Avropa İttifaqı (Aİ) çox sayda səhv edib, qurum qeyri-effektiv fəaliyyət
 
XİA.az - TƏQDİMAT