Deputatdan 1-ci xanım və vitse-prezidentlərlə bağlı yeni - Təklif

Deputatdan 1-ci xanım və vitse-prezidentlərlə bağlı yeni
Millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə "Azərbaycan prezidentinin şərəf və ləyaqətinin internet məkanında təhqir olunmasına qarşı mübarizə ilə bağlı əlavələr"in müzakirəsi zamanı təkliflə çıxış edib.

Deputat bildirib ki, eyni müddəalar ölkənin Birinci Xanım statusu ilə bağlı da qəbul olunmalıdır:

"Əvvəla ölkənin birinci xanımı dünya səviyyəsində tanınır. Birinci xanım statusdur. Bundan başqa, hesab edirəm ki, həyat yoldaşına qarşı təhqiramiz ifadələr, şərəf və ləyaqətin alçadılması kimi hərəkətlər elə şəxsin özünə qarşı edilmiş deməkdir”.

Q. Həsənquliyev eyni statusun eks-prezidentlərə də şamil edilməsini təklif edib:

"Dünya təcrübəsində də görürük ki, eks-prezidentlərin imtiyazları prezident qədərdir və ölkənin tarixi xüsusi şəxs kimi xatırlanır. Mən dəfələrlə şahidi olmuşam ki, internet resurslarda mərhum prezidentlərimiz Heydər Əliyev və Əbülfəz Elçibəyə qarşı təhqirlər işlədilib. Ona görə yaxşı olardı ki, bu müddəaları eyni zamanda eks-prezidentlər barədə də tətbiq edək. Burada təbii ki, söhbət tənqiddən yox, sırf təhqirdən, şərəf və ləyaqətə yönəldilmiş ifadələrdən gedir. Kiminsə eks-prezidentin tarixdəki fəaliyyətindən xoşu gəlməyə bilər, amma bu, təhqirə əsas vermir ”.

Deputatın təklifinə həmkarı Rafael Cəbrayılov da dəstək verib

Qeyd edək ki, baş prokuror Zakir Qaralov Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövləti başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı göndərdiyi təklif müzakirəyə çıxarılıb. Layihəyə əsasən, bu maddədə "və ya kütləvi informasiya vasitəsində” sözləri "kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilir. Buna görə qüvvədə olan sanksiya 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmədir. Qanuna 323.1-1 maddəsinin əlavə olunması da təklif edilir: "323.1-ci maddədə nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Layihə plenar iclasa tövsiyə olunub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Soyuq hava şəraiti məktəblərdə dərsə davamiyyətə təsir edib
Soyuq hava şəraiti məktəblərdə dərsə davamiyyətə təsir edib
Ölkə ərazisində müşahidə edilən kəskin soyuq hava şəraiti orta məktəblərdə
Tramp yeni miqrasiya fərmanı vəd edib
Tramp yeni miqrasiya fərmanı vəd edib
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, gələn həftə ölkənin müdafiəsinə
Abşeronda göl daşıb, evləri su basıb
Abşeronda göl daşıb, evləri su basıb
XİA.az-ın verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində
reklam
Məmmədyarov və Nalbandyan Münhendə görüşdülər
Məmmədyarov və Nalbandyan Münhendə görüşdülər
Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistanın xarici işlər
Azərbaycanın Müdafiə naziri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - VİDEO
Azərbaycanın Müdafiə naziri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - VİDEO
Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO
Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik
 
XİA.az - TƏQDİMAT