"Fənərbaxça" ilk transferini reallaşdırıb. İstanbul klubu "Trabzonspor"dan Mehmet Ekicini rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Transferin detalları haqda isə məlumat veriləyib. Ekici iyunun 17-də ictimaiyyətə təqdim ediləcək. Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi Türkiyə millisinin üzvüdür. Ekici 2014-cü ildə "Verder"dən "Trabzonspor"a keçmişdi.