Azərbaycan millisi Qurban Qurbanovun rəhbərliyi altında ilk qələbəsini qazandı

Azərbaycan millisi Qurban Qurbanovun rəhbərliyi altında ilk qələbəsini qazandı
Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
XİA.az "Report"a istinadən xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Qırğızıstan yığmasını qəbul edib.

Bakı Olimpiya Stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yerli komandanın heyətində 17-ci dəqiqədə kapitan Maksim Medvedev, 75-ci dəqiqədə isə Mahir Mədətov fərqlənib. Hər iki qol künc zərbəsindən sonra başla vurulub.

Görüşdə son nöqtəni isə 84-cü dəqiqədə müdafiəçi Ürfan Abbasov qoyub.

Mədətovla Abbasov əsas yığmada ilk qollarını vurublar. Azərbaycan millisi isə Qurban Qurbanovun rəhbərliyi altında ilk qələbəsini qazanıb.

Azərbaycan millisi iyunun 5-də Astanada Qazaxıstan, 4 gün sonra isə Riqada Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Yoldaşlıq görüşü

20:00. Azərbaycan - Qırğızıstan - 3:0

Qol: Maksim Medvedev, 17. Mahir Mədətov, 75. Urfan Abbasov, 84

Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy

Bakı Olimpiya Stadionu

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT