Cavid Hüseynovu azad edin Cənab Hakim! - MÖVQE

Cavid Hüseynovu azad edin Cənab Hakim!
Avropa-AZ İnformasiya Mərkəzinin və Alman-Azəraycan Mədəniyyət Evinin İcraç-direktoru

Neçə vaxtdır təmkinlə dözüb haqsız tamaşaya müşahidə edirdim! Ancaq artıq yazmaq zamanının gəldiyini düşünürəm ..
Bugünə qədər olan məhkəmə prosesi, şahid ifadələri Cavid Hüseynovun günahsızlığını ortaya qoymuş olur. O zaman nədir problem? Niyə bu istedadlı, perspektivli, ölkəmizin bayrağını dalğalandırmalı olan gənc nədən həbsdə yatır? Mərhum Rasim Əliyevi öldürən adam özü də bar-bar bağırır ki, günahı mən törətmişəm. Cavid mənə gərəkəni deyib. Get təslim ol deyib!
Ayrıca bu məsələdə bəzi “jurnalist” lərin tutduğu yalnış mövqeyinə yüngül desəm təəssüf edirəm. Jurnalistin fəaliyyəti kimliyindən, asılı olmayaraq baş verən hadisəyə güzgü tutmaqdır. Cəmiyyətdə baş verən neqativ hallara güzgü tutub işıqlandırmaqdır. Tərəfsiz, obyektiv, ədalətli araşdırma aparmalı cəmiyyətə çatdırmalıdır. Bu məsələdə bu mövqeyi tuta bildilərmi? Cavid məsələsində bizim mediamız imtahan keçmədi və ya keçə bilmədi. Profesionallıqdan uzaq, sadəcə şəxsi hisslərinə dayanaraq qərar verməyə üstünlük verdilər. Başa düşürəm ki, ortada ağır hadisə və cinayət var. Bir gənc insan, fəal bir jurnalis öldürülüb. Məncə hər şeydən öncə Rasim bir insan idi. Bu addımı atmaq olmazdı. Bəzən adi söyüş və ya təhqir üstündə ziyalı adamlar belə hisslərlə davranaraq əl qol savaşına girirlər. Bəzən bilmədiyimiz və istəmədiyimiz halda kimsə zərbə endirmiş oluruq. Bu zərbə kiminsə hansısa bir orqanına dəyə və bu insanın ölümünə səbəb ola bilər. Doğrudur insan sonradan sakit başla düşündüyü , vicdanıyla üz üzə qaldığı zamanda düşünür ki, bunu etməməliydi. Ancaq nə fayda ? Atalar demişkən : Sonrakı peşmançılıq fayda verməz. Nə olursa olsun, insan ölümünə səbəb olmaq cinayətdir. Bunu qəbul etməliyik. Ancaq bunu da qəbul etməliyik ki, tutduğumuz vəzfədən asılı olmayaraq söyüş hər bir insana çox ciddi təsir edir, kimliyindən asılı olmayaraq hakim, polis rəisi, həkim, mühəndis və ya başqa peşə sahiblərini de özündən çıxara bilir. Bir anlığq təsəvvür edək ki, bu hadisəni Cavidin bibisi oğlu deyil başqa bir vəzifəli məmurun övladı etmiş olsaydı, yaxud zəngin bir biznesmen, yaxud elə vəzifəli məmurun özü etmiş olsaydı görəsən bugün bu məsələ üçün səs küy salanlar o hadisədədəmi eyni cür davranacaqdılar və ya davranacaqlar? Xeyr əsla bu belə deyil! Çünki bugünə qədər Azərbaycanda öldürülən alman vətəndaşı Vüsal Schilderin cinayətinin səbəbkarları cəzalandırılmadı və bu məsələyə bir çox mətbuat orqanları susqunluq nümayiş etdirdi, oğlu iğtişaşlara səbəb olmuş keçmiş Sosial Müdafiə naziri Füzuli Ələkbərovun oğlunun cəzalandırılmadığını niyə bu mətbuat araşdırmır? Yaxud Qubalıları təhqir edən keçmiş Quba icra başçısının nədən şəxsiyyəti və insanları təhqir etdiyinə görə hüquqi məsuliyyət daşımadığını araşdırmadı? Yaxud Səbail rayon icra hakimiyyətinin başçısı, Cüdo Federasiyasının vitse-prezidenti Asif Əsgərovun oğlu İlham Əsgərli qəza törədərək 16 yaşlı Sənan Mirzəyevin ölümünə səbəb oldu. Bu “obyektiv” media nədən bu məsələləri gündəmdə saxlamır? Niyə hesabat soruşmurlar ki, nə vaxta qədər bu qədər cinayətin qarşısında cəzasızlıq, ədalətsizlik hökm sürəcək ? Bütün bu baş verənlərdən sonra belə bir qənaətə gəlirəm ki, Cavidin günahı var.
Günahı da ondadır ki, onun arxasında duracaq vəzifəli qohumu, oliqarx atası yoxdur. Yazmağa başlayınca bircə zənglə jurnalistin “ağzını” bağlatdıran, qələmini susduran əmisi və ya dayısı yoxdur. Bax budur bizdə ədalət anlayışı. Telefon danışığı və mesajları, əldə olan arqumentləri ilə sübut olunur ki, Cavidin burda günahı yoxdur. Bunu mən yox sübutlar deyir ! Cavidin vəkili Adəm Məmmədovun məhkəmə iclasının qapalı deyil açıq aparılması və jurnalistlərin də prosesə daxil olub işıqlandırması ilə bağlı qaldırdığı tələb bir daha onu göstərir ki, bu işdə Cavidin günahsızlığını süut edəcək kifayət qədər sübutlar mövcuddur.
Ey azad media ! Həqiqətən azadsansa buyur dövlət məmurlarının və məmur övladlarının özbaşnalığını araşdır, cəzalanmasına nail ol, o zaman şəstlə deyərik, azadsan və obyektivsən !
Cavidə gəlincə şir, məmur övladına gəlincə qurbağaya dönürsünüz!
Bu arada etirazım həm də Rasimin valideyinlərinədir. Mənasız intriqa, qisas, günahsız insanın bədbəxtliyi üzərində qurulmuş müvəqqəti xöşbəxtlik sizə bu qədərmi vacibdir ? Hadisə Cavid olayı üzərindən qaynaqlansa da son nəticədə hadisə sırf adi məişət zəmnində baş verib .
Cənab Hakim müraciətim sizədir !
Bugünə qədər Cavidin dörd barmaqlıq arxasında saxlanılması aylardır törətmədiyi günaha görə həbsxana həyatı yaşaması məncə məhkəmə ədalətliliyinə şübhə toxumları səpir !
Ancaq Sizin beynəlxalq hüquq normalarına, insan ədalətinə söykənəcək qərar verəcəyinizə inamımız hələ də sarsılmayıb!
Cavidi öyrənmək üçün onun həyat fəaliyyətinə baxmanız kifayətdir ! Uzun illik dostluğumuz olub, uşaqlıq illərində anasının nə qədər əziyyətlə övladlarına ancaq gözəl tərbiyə vermək, gələcəkdə övladlarının dövlətimizin üçün yararlı bir gənc olması üçün nə qədər əziyyətlər çəkdiyinin şahidiyəm. Onun dostları, qonşuları, qohumları onun nə qədər yardımsevər, insansevər olduğunu təsdiqləmiş olarlar. Belə keyfiyyətlərə sahib olan, vətənini və bayrağını hər şeydən uca tutan, içində insan, vətən eşqi yaşadan bir insanın bucür addım atması əlbəttəki mümkün deyil !
Ayrıca diqqət etsəniz görərsiniz ki, adi məişət zəmnində baş vermiş hadisəni beynəlxalq müstəviyə çıxarıb ölkəmizin beynəlxalq imicinin korlanmasına xidmət edənlərin niyyəti bu məsələdə tam başqadır. Onları jurnalistin və ya kiminsə cəzalandırması çox az maraqlandırır. Burada əsas məsələ hadisəni şişirdib ölkəmizin imicinə ləkə vurulmasına nail olmaqdır!
Cənab Hakim bizim məqsədimiz bəllidir!
Fürsətcilərə imkan verməmək, böhtanı ifşa edib haqqa işıq salmaq, günasız bir insanın ədalətinə nail olmaqdır. Aylardır haqsız həbs bir yana sonu bilinməyən həya abırdan nəsibini almamışların günasız insana bu qədər böhtan atması , ləkə atması nə qədər davam edəcək? Günahsızlığı sübut olunarsa bu insanın mənəvi zərərini, həbsdə ailəsindən övladından uzaq, fəal həyatından uzaq insanın bu iztirablarını kimin boynuna yazmış olacağıq ? Aatası bu torpaqlar uğrunda canını fəda etmiş, hər zərəfimizdə bayrağımızı dalğalandıran bu insan mənəvi əzəb çəkməsinə daha nə qədər dözməli olacağıq ?
Bu məsələnin bir həlli yolu var Cənab Hakim. Tək ricam Cavidi azad edin!

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Prezidentdən sensasion bəyanatlar:
Prezidentdən sensasion bəyanatlar: - mesaj ünvanına çatdı
Mayın 26-da “Buta” sarayında Azərbaycan Respublikasının milli bayramı -
Azərbaycanlı bərbərdən qeyri-adi üsul:
Azərbaycanlı bərbərdən qeyri-adi üsul: - Bu dəfə şüşə ilə saç kəsdi – VİDEO
Gözübağlı saç kəsən, saçı az olanlara xına vasitəsilə saç effekti verən,
Manatın 4 günə olan məzənnəsi açıqlandı
Manatın 4 günə olan məzənnəsi açıqlandı
Mayın 30-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan verilən məlumata
reklam
Rusiya aviasiyası İŞİD-in 120-ə yaxın terrorçusunu məhv edib
Rusiya aviasiyası İŞİD-in 120-ə yaxın terrorçusunu məhv edib
Rusiya aviasiyası "İslam dövləti" terror qruplaşmanın Rakkadan Palmiraya
Türkiyədə avtobus aşıb:
Türkiyədə avtobus aşıb: - 8 nəfər ölüb
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib. XİA.az APA-ya istinadən
Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur
Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur - VİDEOREPORTAJ
Kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq avtomobil
 
XİA.az - TƏQDİMAT