Formula 1-ə görə viza rejimi sadələşdirildi

İlham Əliyev sərəncam imzalayıb.
Formula 1-ə görə viza rejimi sadələşdirildi
Prezident İlham Əliyev “Formula 1 Avropa Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” sərəncam imzalayıb.
Dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin ölkənin beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.
Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab ediləcək:
- Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd;
- Formula 1 Avropa Qran Pri yarışına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
Sərəncamın 1-ci hissəsində göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:
- təşkilati məsələlərlə əlaqədar gələn və “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş şəxslər - 2016-cı il mayın 15-dən iyunun 30-dək;
- Formula 1 Avropa Qran Pri yarışında iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri - 2016-cı il iyunun 1-dən 20-dək;
- “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş jurnalistlər, habelə Formula 1 Avropa Qran Pri yarışına bilet əldə etmiş şəxslər - 2016-cı il iyunun 10-dan 20-dək.
Sərəncamda Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinə beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat və maliyyə məsələlərini həll etmək tapşırılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib - EKSKLÜZİV
"Pul siyasətinin sərtləşdirilməsi siyasətinə artıq başlanıb və bu siyasət
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 Yanvar - Ümumxalq Hüzn Günü
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi
reklam
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar nazirlik tərəfindən 20 Yanvar
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
“Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Bakıda birinci
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə
 
XİA.az - TƏQDİMAT