Boksçumuz erməni idmançını rinqə çıxmağa peşman etdi

Həmyerlimiz hər 3 raundda rəqibindən güclü olub.
Boksçumuz erməni idmançını rinqə çıxmağa peşman etdi

Türkiyənin Samsun şəhərində boksçumuz erməni rəqibini məğlub edib. ANS PRESS-in məlumatına görə, Boks üzrə Azərbaycan yığma komandası Samsun şəhərində keçirilən Avropa Təsnifat Turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Boksçumuz Cavid Çələbiyev ermənistanlı Aram Avaqyanı rinqə çıxmağa peşman edib.
Bu qələbə Çələbiyevin Rioya lisenziyasını təmin edib.
Həmyerlimiz hər 3 raundda rəqibindən güclü olub – 3:0 (30:27; 30:27: 30:27). Bu qələbə Çələbiyevin Rioya lisenziyasını da təmin edib. Nəticədə o, boks yığmamıza Olimpiada üçün 5-ci vəsiqəni qazandırıb. Final döyüşləri sabah keçiriləcək. Bu döyüşün nəticəsi yalnız medal əyarı baxımından önəmli olacaq. Hazırda Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalarımızın sayı 36-ya, Rioya yollanacaq idmançılarımızın sayı 37-yə çatıb.


Bu gün daha bir lisenziyanı qadın boksçu Yana Alekseyevna qazanıb. O, irlandiyalı Olimpiya, 4 qat dünya və 5 qat Avropa çempionu, eləcə də "Bakı 2015" I Avropa Oyunlarının qalibi Keti Taylora qalib gələrək adını finala yazıdırb və Rio-2016-da iştirak hüququ qazanıb.
Boksçumuz erməni idmançını rinqə çıxmağa peşman etdi

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
Videoda İŞİD-in 3 nümayəndəsi çıxış edir. Bu şəxslər İrandan yaşayan fars,
Neftçalada balıqçı Kür çayında batdı
Neftçalada balıqçı Kür çayında batdı
Ötən gün axşam saatlarında Neftçalanın 2-ci Mayak kəndinin ərazisində
MTN polkovnikinin cinayət işinə xitam verilib
MTN polkovnikinin cinayət işinə xitam verilib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin
reklam
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət
 
XİA.az - TƏQDİMAT