"Cəbhə xəttindəki gərginlik Formula 1-ə təsir etməyəcək"

"Formula 1 heç kimlə müharibə aparmır".
"Cəbhə xəttindəki gərginlik Formula 1-ə təsir etməyəcək"
Formula 1 prezidenti Berni Ekklstoun Ermənistanla Azərbaycan arasındakı gərginliyin Bakıda keçiriləcək Avropa Qran Prisinə təsir etməyəcəyini deyib. ANS PRESS-in məlumatına görə, Formula 1 prezidenti iki ölkənin arasındakı münaqişəyə qarışmadığını da bildirib. Milyarder Soçidə keçiriləcək Formula 1 yarışlarından əvvəl Tass-a qısa müddətli müsahibə verərək bu barədə danışıb.

"Ermənistanla Azərbaycan arasındakı gərginlik Bakıda keçiriləcək Avropa Qran Prisinə təsir etməyəcək. Mən buna əminəm. "Formula 1 heç kimlə müharibə aparmır. Oxşar hal Bəhreynlə bağlı da olmuşdu”.

Milyarder Putinin dünya liderləri arasında mövqeyi, ABŞ-da keçirilən prezident seçkiləri və FİFA-nın prezidenti Yozef Blatterin qovulması haqqında da danışıb. Formula 1 prezidenti Putini İngiltərənin sabiq prezidendi Uinston Çörçill ilə müqayisə edib. Onun sözlərinə görə, Putin dünya tarixində ən yaxşı siyəsətçilərdən biridir. O, ABŞ-da keçirilən prezident seçkilərinə də münasibət bildirib: "Mən istəyərdim ki, Donald Tramp qalib gəlsin. Əgər Hillari Klinton qalib gəlsə? Mən ona çox inanmıram". Daha sonra B.Ekklstoun FİFA-nın sabiq prezidenti Yozef Blatter barədə də danışıb. O, Blatterin heç bir günahı olmadığını deyib.


Bakıda keçiriləcək Formula 1 yarışının tanıtım videosu
Berni Ekklstoun 1974-cü ildən şirkətin prezidentidir. 2015-ci ildə 85 yaşı tamam olan bu britaniyalı Formula 1-i milyardlarla dollar qazanc əldə edən uğurlu kommersiya layihəsinə çevirib. Yarış ötən il 2 milyard dollar gəlir əldə edib. Bir nəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatı olan Formula 1 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Rəsmi qəbul edilməsə də bir çox hallarda Formula 1 sürücüləri pilot, avtomobillər isə bolid adlandırılırlar. 2016-cı il Formula 1 Avropa Qran-Prisinin 17-18-19 iyunda Bakıda keçirilməsi nəzərdə tutulub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Əfv olunan tanınmışlar
Əfv olunan tanınmışlar - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyevin əfv etdiyi şəxslər arasında bir sıra
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb - SİYAHI + YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv
Xırdalanda ölən tələbələrlə bağlı yeni
Xırdalanda ölən tələbələrlə bağlı yeni - TƏFƏRRÜATLAR
“Xırdalanda həlak olan Turanə bir aya yaxın idi ki dərsə gəlmirdi”.
reklam
Dollar ucuzlaşmaqda davam edir
Dollar ucuzlaşmaqda davam edir - MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-ə olan USD/AZN məzənnəsini
8 Martda qadını öldürən şəxs həbs edilib
8 Martda qadını öldürən şəxs həbs edilib
Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata
Maliyyə Nazirliyi tələbələrin təqaüdlərinin gecikdirilməsinin səbəbini açıqladı
Maliyyə Nazirliyi tələbələrin təqaüdlərinin gecikdirilməsinin səbəbini açıqladı
Son günlər bəzi kütləvi informasiya vasitələrində ilin əvvəlindən ali
 
XİA.az - TƏQDİMAT