UEFA “Qarabağ” və “Qəbələ”nin oyunlarından yazdı

UEFA “Qarabağ” və “Qəbələ”nin oyunlarından yazdı
Noyabrın 3-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində IV turun oyunları keçiriləcək.

Karabakhmedia.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçiləri “Qarabağ”la “Qəbələ” də növbəti matçlarını keçirəcəklər.

“Qəbələ” C qrupunda “Sent-Etyen”i qəbul edəcək. Fransada minimal hesablı məğlubiyyətə düçar olan “qırmızı-qaralar” 8-ci km qəsəbə stadionunda ilk xallarını qazanmağa çalışacaqlar. “Qarabağ” isə Yunanıstanda PAOK-un qonağı olacaq. Bakıda 2 cavabsız qolla rəqibi üstələyən “köhlən atlar” daha bir qalibiyyətlə növbəti mərhələnin qapısını aralaya bilər.

UEFA oyunlar öncəsi turun afişasında bu matçlara da toxunub, maraqlı məqamları üzə çıxarıb.

“Qəbələ” – “Sent-Etyen”

- “Qəbələ” qalib gələ bilməsə və qrupun digər matçında tərəflərdən biri aktivinə 3 xal yazdırsa, “qırmızı-qaralar”ın növbəti mərhələ şansı tamamilə itəcək.

- Əks təqdirdə, “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində qələbə qazanacaq.

- “Qırmızı-qaralar” bu mövsüm artıq bir dəfə Fransa klubunu qəbul edib. Roman Qriqorçukun kollektivi III təsnifat mərhələsində “Lill” klubunu (1:0) əliboş yola salıb.

- “Qəbələ” “Zalsburq”la birlikdə qrup mərhələsində keçirdiyi hər 3 görüşdə məğlub olan yeganə komandadı.

- “Qəbələ” cari mövsüm Avrokubokdakı ilk 4 ev matçının hamısında qələbə qazanıb. Bu uğurlu seriya qrup mərhələsinin II turunda “Maynts”la oyunda (2:3) qırılıb. Qriqorçukun yetirmələri bu mövsüm doğma arenada 13 qol vurublar.

- Yalnız “Makkabi” (Təl-Əviv) və “Qəbələ” I təsnifat mərhələsindən qrupa qədər irəliləməyi bacarıb.

- Avroliqanın qrupunda debüt etdiyi ötən mövsüm cəmi 2 qola imza atan “Qəbələ” cari mövsümdəki ilk 3 turda aktivinə 3 top yazdırıb.

- “Sent-Etyen” bu mövsüm Avropa Liqasında keçirdiyi 7 oyunun heç birində məğlub olmayıb – 3 qələbə, 4 bərabərlik.

- “Sent-Etyen” 2014-15 mövsümünün qrup mərhələsində Azərbaycanın digər klubu “Qarabağ”la üz-üzə gəlib və hər iki oyunda bərabərlik qeydə alınıb – 0:0, 1:1.

- “Sent-Etyen” III turda “Qəbələ” üzərində qalibiyyət sayəsində qruplarda ardıcıl 4 oyunluq heç-heçə seriyasını qırıb. Fransızlar tarixləri ərzində bu turnirin qrup mərhələlərində 19 oyun keçirib, 12-də heç-heçə ediblər.

- Sent-Etyenlə Qəbələ arasında 3500 km-lik məsafə var.

PAOK - “Qarabağ”

- “Qarabağ” Avrokubok tarixində ilk dəfə Yunanıstana səfər edir.

- “Qarabağ”, “Qəbələ” və “Slovan” ən çox qol buraxmaq (7 top) baxımından yalnız “Alkmar” və “Astra”dan (8 qol) geri qalır.

- “Qarabağ”la qarşılaşma PAOK-un hücumçusu Stefanos Atanasiadis üçün Avrokubokda 50-ci oyun ola bilər. 27 yaşlı forvard 20 qolla Saloniki klubunun bombardiridi.

- Ağdam təmsilçisinin qapıçısı Boyan Şaranov və yarımmüdafiəçisi Miçel PAOK üçün yad simalar deyil. İspaniyalı orta sahə oyunçusu 2011-ci ildə AEK-in formasını geyinibsə, serbiyalı qolkiper 2015-ci ildə “Erqotelis”də çıxış edib.

- “Qarabağ”ın hücumçusu Dino Ndlovu və PAOK-un forvardı Eftimis Kolouris 2015-16 mövsümündə “Anortosis”də çiyin-çiyinə çıxış ediblər.

- PAOK Azərbaycan klublarına hələ qol vura bilməyib. Ötən mövsüm “Qəbələ” ilə hər iki oyunda qolsuz bərabərliklə kifayətlənən Saloniki təmsilçisi 11 gün əvvəl Bakıda 0:2 hesablı məğlubiyyətə üzülüb.

- PAOK Avroliqanın qrup mərhələsində keçirdiyi son 4 ev oyununda heç-heçə edib. Yunanıstan təmsilçisi bərabərlik sayına görə “Latsio” ilə birlikdə turnirdə hamını üstələyir – 16 dəfə. Qolsuz bərabərlik sayına görə isə (7 dəfə) “Liverpul”la liderliyi bölüşür.

- PAOK-un hücumçusu Fakundo Pereyra ötən mövsümü icarə əsasında “Qəbələ”də keçirib. Argentinalı futbolçu hətta hazırkı komandasına qarşı görüşdə meydana da çıxıb.

- Bakı ilə Saloniki arasında 2300 km-lik məsafə var.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda 3 məktəbli qəzaya düşərək xəsarət alıb
Bakıda 3 məktəbli qəzaya düşərək xəsarət alıb
Bakının Sabunçu rayonunda 3 məktəbli uşağın xəsarət alması ilə nəticələnən
May ayına olan hava proqnozu açıqlanıb
May ayına olan hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Bakıda özəl klinikada doğulan körpə iki gün sonra ölüb
Bakıda özəl klinikada doğulan körpə iki gün sonra ölüb
Doğulan qızın atası, G.Həsənbalayevanın həyat yoldaşı Əlihüseyn
reklam
Cəbhədə erməni əsgəri məhv edilib
Cəbhədə erməni əsgəri məhv edilib
Azərbaycan Silahlı Qüvvələri düşmənin növbəti təxribatının qarşısını alıb.
“Maşın şou” efirə qayıdır:
“Maşın şou” efirə qayıdır: - Məşhur ulduzların adları bilindi-FOTO
Xia.az xəbər verir ki, Baku.ws-ın dizayn studiyaların birindən eksklüziv
Şpitsbergendə doqquz rusiyalı buz altına düşüb
Şpitsbergendə doqquz rusiyalı buz altına düşüb
Aprelin 27-də doqquz rusiyalı Norveçin Şpitsbergen arxipelaqında buzun
 
XİA.az - TƏQDİMAT