"Qartal"ın vida nəğməsi - "Dinamo Kiyev" - "Beşiktaş" 6:0

"Qartal"ın vida nəğməsi
UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu görüşündə yerli "Dinamo" ilə görüşmək üçün Kiyevə gedən Türkiyənin "Beşiktaş" komandası darmadağınla geri dönüb. APA TV-nin məlumatına görə, oyundan əvvəl türkiyəli azarkeşlərlə yerli fanatlar arasında dava düşüb.

Türklər "Dinamo"nun bayrağını yerə ataraq üstünə çıxıb və fotolar çəkdiriblər. Bundan sonra yerli tərəfdarlar onlar hücum edib və qonaqları döyüblər.

Oyun isə şotland hakimin nəzarətində keçib. Meydan sahibləri ilk dəqiqələrdən hücuma atılıblar və bu, artıq 9-cu dəqiqədə öz bəhrəsini verib. Besedin fərqlənib. Türklər qolun əvəzini çıxmaq istəsələr də nəticə əldə olunmayıb. Üstəlik qonaq komandanın müdafiəçisi 29-cu dəqiqədə qırmızı kart görüb. Məhz bu cəzalandırma darmadağının təməlini qoyub. Yarmolenko 31-ci dəqiədə hesabı artırıb. Bundan 2 dəqiqə sonra isə Buyalski komandasının 3-cü qolunu vurub. İlk yarıya əlavə edilmiş dəqiqələrdə isə kiyevlilər 4-cü dəfə "Beşiktaş"ı mərkəzə dəvət ediblər. Qolun müəllifi Qonzales olub.

İkinci hissə də yerli komandanın üstünlüyü ilə başlayıb. "Qara qartal" azlıqda ev sahiblərinin qarşısında zəif təsir bağışlayıb. 56-cı dəqiqədə "Beşiktaş"ın ikinci futbolçusu meydandan qovulub. Abubakar komandasını 9 nəfər qoyub. Bundan 1 dəqiqə sonra Sidorçuk hesabı 5:0-a çatdırıb. Görüşün 77-ci dəqiqəsində isə Morales oyunda son nöqtəni qoyub. "Dinamo Kiyev" - "Beşiktaş" 6:0. İstanbul komandası Çempionlar Liqası ilə vidalaşdı.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda gecə klubunda qan töküldü
Bakıda gecə klubunda qan töküldü
Ötən gecə Bakının Nizami rayonu, metronun “Neftçilər” stansiyası
BMT: Yəmən müharibəsində ölənlərin sayı 10 min nəfərə çatıb
BMT: Yəmən müharibəsində ölənlərin sayı 10 min nəfərə çatıb
Yəməndə iki ildir davam edən silahlı münaqişə nəticəsində ölənlərin sayı
Həccə gedənlər əlavə ödəniş edəcəklər
Həccə gedənlər əlavə ödəniş edəcəklər
Azərbaycandan bu il ikinci dəfə və daha çox Həcc ziyarətinə gedəcək
reklam
Sabaha olan hava proqnozu:
Sabaha olan hava proqnozu: - Çətirlərinizi götürməyi unutmayın
Bakı və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu
Ermənilərin növbəti təxribatı:
Ermənilərin növbəti təxribatı: - Mövqelərimiz “Şmel” odsaçandan atəşə tutulub – FOTO
Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində
İlham Əliyev Davosda bir sıra görüşlər keçirib
İlham Əliyev Davosda bir sıra görüşlər keçirib - FOTO
Prezident İlham Əliyev Davosa səfəri şərçivəsində bir sıra görüşlər
 
XİA.az - TƏQDİMAT