Qazax rayon Polis Şöbəsinin rəisi Natiq Həsənov kimdir?

Qazax rayon Polis Şöbəsinin rəisi Natiq Həsənov kimdir?

Ölkənin hüquq-mühafizə orqanları arasında Azərbaycan polisinin öz yeri, çəkisi və zaman-zaman qazandığı uğurlar var.

Azərbaycanda dövlətçiliyinin qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsi sahəsində Qazax rayon Polis Şöbəsi əməkdaşlarının böyük xidmətləri var. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bu ilin yanvar ayında Qazax rayon Polis Şöbəsinə rəis təyin edilən Natiq Həsənov qısa vaxt ərzində rayonda cinayətkarlıqla mübarizədə öz sözünü deyib. Şərəfli xidmət yolu keçən Qazax rayon Polis Şöbəsinin şəxsi heyəti bu gün Natiq Həsənovun rəhbərliyi ilə rayonda ictimai-siyasi sabitliyin qorunması və hüquq pozmalarına qarşı profilaktiki tədbirlərin görülməsi üçün əhəmiyyətli işlər görür.

Son vaxtlar bəzi internet saytlarında Natiq Həsənovun xidməti fəaliyyətinə və şəxsi nüfuzuna xələl gətirmək üçün əsası olmayan, yalan və böhtan xarakterli yazılar verilir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır. Natiq Həsənovun Qazax rayon Polis Şöbəsinə rəhbərlik etdiyi 3 ay ərzində gördüyü uğurlu işləri nəzərə almayan insanların niyyəti nədir görəsən?

Onlar görmürlər ki, Natiq Həsənov bu qısa müddət ərzində heç nöqsanlara yol verməyib, əksinə mövcud problemlərin aradan qaldırılması üçün çalışır. Çünki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Natiq Həsənova böyük etimad göstərərək onu bir rayonun polis rəisi müavinliyindən digər rayona polis rəisi təyin edib. Bu gün Natiq Həsənov var gücü ilə çalışır ki, cənab nazir Ramil Usubovun etimadını doğrultsun. Amma bəzi qara fikirli insanlar Natiq Həsənovun bu uğurlarını həzm edə bilmir, onu şantaj etməklə məşğul olurlar.

Rayonda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir. Sevindirici haldır ki, rayonda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində son 3 ay ərzində rayonda törədilən cinayət hadisələrinin səbəbi isti izlərlə açılıb, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib, eləcə də rayonda kriminal hadisələrin sayı xeyli azalıb.

Polis əməkdaşlarının fəaliyyəti rayon sakinləri tərəfindən də razılıqla qarşılanır. Natiq Həsənov hələ yevlax rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini işləyərkən bacarığı və düzgün işi ilə rəhbərliyin etimadını doğrultmuşdu. Son aylarda onun rəhbərliyi ilə Qazax rayonunda həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər qısa vaxt ərzində saxlanılaraq istintaqa təhvil verilib.

Natiq Həsənovun xidmətləri sayəsində bu gün Qazaxda insanlar polisə daha çox arxalanır, onların hüquqlarının və təhlükəsizliyinin layiqincə mühafizə olunduğunu düşünürlər. Rayonda polis əməkdaşlarının uğurla fəaliyyət göstərməsi, dövlətçiliyə şərəflə xidmət etməsi və daxili sabitliyin təmin edilməsi Qazaxda iqtisadi inkişaf və əhalinin sosial-rifah halının yaxşılaşması sahələrində çox böyük rol oynayır. Təsadüfi deyil ki, sadə insanlar, yerli iş adamları, eləcə də rayona gələn qonaqlar bu faktı həmişə razılıq hissi ilə qeyd edirlər

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
VİDEO
VİDEO - Kollecdə korrupsiya şəbəkəsi: qiymət yazılması üçün rüşvət yığılıb
Gəncə Musiqi Kollecinin sabiq direktoru Gülçin Mirzəyeva cinayət başında
Qarabağda erməni əsgəri ölüb
Qarabağda erməni əsgəri ölüb
XİA.az NEWS.am-a istinadən xəbər verir ki, fevralın 17-də Ermənistan
Bakıda “28 Mall” bağlandı
Bakıda “28 Mall” bağlandı
Azərbaycan Fövqəladə Hallar Nazirliyi sosial şəbəkələrdə və bir sıra
reklam
Baş pediatr uşaqlar arasında balansın pozulmasına görə kişiləri günahlandırıb
Baş pediatr uşaqlar arasında balansın pozulmasına görə kişiləri günahlandırıb
"Son illər Azərbaycanda doğulan uşaqlar arasında balans pozulmağa doğru
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “dəyirmi masa”da iştirak edib
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “dəyirmi masa”da iştirak edib
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində
İlham Əliyev Münxendə MAN SE şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Münxendə MAN SE şirkətinin baş icraçı direktoru ilə görüşüb
Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan
 
XİA.az - TƏQDİMAT