Körpəsinə qaçan gənc ana

Körpəsinə qaçan gənc ana
Bu qadın dünən məhkum idi, bu gün keçmiş məhkumdur. Ancaq gənc, 25 yaşlı qadın dünən də anaydı, bu gün də anadır.

Onun adı Güneldir, əfv sərəncamında adı olub, azadlığına qovuşub və dərhal da balasının yanına qaçır.

Məhbəsin dəmir qapıları onun üçün böyük maneəydi, 11 aydır ayrı qaldığı övladıyla onun arasında keçilməz sədd idi. Bu gün o qapı açılıb. Artıq heç kəs onu saxlaya bilməz.

Suçu nəymiş, nəyə görə həbs edilibmiş - bir kimsəyə maraqlı deyil. Əsas odur ki, körpə övladından aralı düşmüş gənc ananın balasına qovuşmasına az qalıb.

Bu sətirlərin yazıldığı, oxunduğu anda o, yavrusunun yanındadır, öpür, qoxulayır, sinəsinə sıxır, ondan ayrı keçmiş günlərindəki balasızlıq acısını kompensasiya etməyə çalışır. (müsvat)
Körpəsinə qaçan gənc ana

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda gecə klubunda qan töküldü
Bakıda gecə klubunda qan töküldü
Ötən gecə Bakının Nizami rayonu, metronun “Neftçilər” stansiyası
BMT: Yəmən müharibəsində ölənlərin sayı 10 min nəfərə çatıb
BMT: Yəmən müharibəsində ölənlərin sayı 10 min nəfərə çatıb
Yəməndə iki ildir davam edən silahlı münaqişə nəticəsində ölənlərin sayı
Həccə gedənlər əlavə ödəniş edəcəklər
Həccə gedənlər əlavə ödəniş edəcəklər
Azərbaycandan bu il ikinci dəfə və daha çox Həcc ziyarətinə gedəcək
reklam
Sabaha olan hava proqnozu:
Sabaha olan hava proqnozu: - Çətirlərinizi götürməyi unutmayın
Bakı və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu
Ermənilərin növbəti təxribatı:
Ermənilərin növbəti təxribatı: - Mövqelərimiz “Şmel” odsaçandan atəşə tutulub – FOTO
Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində
İlham Əliyev Davosda bir sıra görüşlər keçirib
İlham Əliyev Davosda bir sıra görüşlər keçirib - FOTO
Prezident İlham Əliyev Davosa səfəri şərçivəsində bir sıra görüşlər
 
XİA.az - TƏQDİMAT