Xərçəng xəstəliyi ilə yaşamağı öyrədirik - Türk professor

Xərçəng xəstəliyi ilə yaşamağı öyrədirik
"London İmperial College" Xərçəng Araşdırma Mərkəzinın rəhbəri professor Dr. Mustafa Camgöz dünyada ən çox ölümə səbəb olan xəstəliklərdən xərçəngin müalicəsinə yeni bir baxış bucağı qazandıran dərmanın dəyərləndirmə müddətinin bitdiyini açıqlayıb.

Qaynarinfo.az bildirir ki, illərdir xaricdə bu iş üzərində çalışan professor toplantıda iştirak etmək üçün yollandığl Qaziantepdə verdiyi açıqlamada, xərçəng hüceyrələrinin çox hiyləgər və buqələmun kimi şəkil dəyişdirə bilən formasının olduğunu vurğulayıb.

Bu hüceyrələrin bir müddət müalicə alandan sonra müqavimət göstərə biləcəyini deyən Camgöz, bu çərçivədə xərçəng hüceyrələrinin dağılmasını və təkrar yaranmamasının qarşısını alan dərmanın üzərində işlədiklərini deyib.

Laboratoriyada işlədikləri müddətdə xərçəng hüceyrələrində elektrik siqnallarını araşdırdıqlarını, bunların da onlara yeni mexanizimlər göstərdiyini deyən Camgöz "Biz bu xəstəliyin üzərində təsiri ola biləcək dərman hazırlayırıq. Dərmanın xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan özəlliyi var. Biz xərçəngi yox etmək yerinə, onunla yaşaya bilmək üçün konsepsiyasını öyrədirik. Dərman artıq kliniki dəyərləndirmə mərhələsini tamamlayıb. İlk olaraq döş xərçəngi üzərində təcrübə aparılacaq".

Professor hazırladıqları dərmanı "3 neqativ" adlı hormona döş xərçəngi üzərində təcrübə edəcəklərini qeyd edib. 30 faiz təkrarlanma dərəcəsi olan xərçəngin bu növündə dərman vasitəsilə onun yayılmasının qarşısını alacaqlarını deyirlər.

Prof. Dr. Mustafa Camgöz xroniki xəstəliklərdə olduğu kimi xərçəng xəstəliyində də yaşam tərzinə diqqət edilməli olduğunu vurğulayıb. C vitamini, sarı kök və D vitaminin qəbulu xərçəngdən qoruyucu mexanizma yaratdığını deyən professor, bu məsləhətlərin mümkün qədər hər kəsin həyata keçirməli olduğunu qeyd edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT