Azərbaycanda həkimlərin sertifikasiyası prinsipləri dəyişdiriləcək

Azərbaycanda həkimlərin sertifikasiyası prinsipləri dəyişdiriləcək
Yaxın gələcəkdə həkimlərin sertifikasiyasının prinsipləri dəyişdiriləcək.

XİA.az Report-a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Onun sözlərinə görə, hazırda zamanın tələblərinə uyğun olaraq sertifikasiyanın yeni qaydaları hazırlanır:

“Bu qaydalara əsasən, sertifikasiya tək kompüter imtahanı ilə məhdudlaşmayacaq və tibb işçisinin savadını, praktik fəaliyyət qabiliyyətini dəyərləndirməyə imkan verəcək”.

O.Şirəliyev bildirib ki, ölkə səhiyyəsində həm gələcək savadlı kadrların yetişməsi, həm də bugünkü həkimlərin müasir səviyyədə işləməsi üçün davamlı tibbi təhsilin əhəmiyyəti önəmlidir.

Nazir il ərzində əldə olunan nailiyyətlərlə yanaşı, problemlərin də mövcud olduğunu, bu gün bütün diqqətin onların həllinə yönəldilməsinin vacibliyini vurğulayıb.

O, səhiyyədə mövcud problemlərin kökündən həll edilməsində müasir elmi yanaşmanın, elmi tədqiqat institutlarının müasir tələblərə uyğun fəaliyyət göstərməsinin önəmini qeyd edib:

“Təəssüf ki, bəzən təbabət elmimiz zamanla ayaqlaşmayan, sovet dövründən qalma mövzuları tədqiq edir. Azərbaycan Milli Elmlər Akademiyası ilə razılıq əldə olunub, tibb elminin ölkə üçün aktual istiqamətlərini müəyyənləşdirmək məqsədilə Akademiyanın institutlarının, Səhiyyə Nazirliyinin elmi tədqiqat institutlarının, Tibb Universitetinin, Həkimləri Təkmilləşdirmə İnstitutunun iştirakı ilə geniş toplantı keçirilməsi planlaşdırılır”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan HDQ-nin nümayəndə heyəti Tehrana səfər edib
Azərbaycan HDQ-nin nümayəndə heyəti Tehrana səfər edib
Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının
reklam
Millət vəkili “Qaçqınkom”un sədri oldu
Millət vəkili “Qaçqınkom”un sədri oldu - DOSYE
Ölkə prezidenti İlham Əliyevin son sərəncamı ilə yeni təyinat alan
Abid Şərifov vəzifəsiz qalmasından danışdı
Abid Şərifov vəzifəsiz qalmasından danışdı
”Mən uzun illər dövlətə xidmət etmişəm. Bu mənim baş nazirin müavini kimi
Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin yeni sədri kimdir?
Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin yeni sədri kimdir? - DOSYE
Samir Rafiq oğlu Nuriyev 1975-ci ilin 9 mart tarixində anadan olub. Yeni
 
XİA.az - TƏQDİMAT