MİLLİ MƏCLİSİN SƏHİYYƏ KOMİTƏSİNDƏ DİNLƏMƏLƏR KEÇİRİLDİ

MİLLİ MƏCLİSİN SƏHİYYƏ KOMİTƏSİNDƏ DİNLƏMƏLƏR KEÇİRİLDİ
Yanvarın 30-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. İclasda komitənin təşkilatçılığı ilə “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” mövzusunda dinləmələr oldu.
Komitənin sədri Əhliman Əmiraslanov tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, vərəm xəstəliyi müalicə olunmadıqda əlillik və ölümlə nəticələndiyi üçün bir sosial bəla kimi həm dövlətin, həm də bütövlükdə cəmiyyətin problemi hesab olunur. Dünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən, dünyada il ərzində 9 milyondan artıq insan bu xəstəliyə tutulur və 1,8 milyon insan həmin xəstəlikdən vəfat edir. Bu səbəbdən vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir vərəm xəstəsi bir ildə 10-15 insanda bu xəstəliyin yaranmasına səbəb olur. Hesablamalara görə, 2015-ci ildə dünyada 10,4 milyon insan vərəm xəstəliyinə tutulub. Vərəm dünya üzrə 10 ən çox ölümə səbəb olan xəstəliklərin siyahısındadır. 2015-ci ildə dünyada 1 milyon uşaq vərəm xəstəliyinə yoluxub, 210 min uşaq vərəmdən dünyasını dəyişib. Vərəm dünyanın bütün bölgələrində yayılıb, lakin ölüm hallarının çoxu Asiyanın və Afrikanın payına düşür. Dünyada 2000-2015-ci illər ərzində 49 milyon insan vərəmdən müalicə alıb və onların həyatı xilas edilib. Lakin aşkarlanma və müalicə sahəsində hələ də xeyli problemlər mövcuddur. Azərbaycanda isə son beş ildə xəstəliyə yoluxmanın dinamikasında müsbət dəyişikliklər - azalma müşahidə olunur. Penitensiar sistemdə 1993-cü illə müqayisədə ölüm halları 105 dəfə azalıb. Son illərdə dünya üzrə vərəm epidemiyasının stabilləşməsi meylləri müşahidə edilməkdədir.
Lakin buna baxmayaraq, son illərdə vərəmin mövcud dərman preparatlarına davamlı olan yeni forması yayılmağa başlayıb. 93 ölkədə bu forma qeydə alınıb. Vərəmin bu forması daha çətin və uzunmüddətli müalicə tələb edir.
Dinləmələrdə məruzə ilə çıxış edən komitə üzvləri Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı Azərbaycanda vərəmlə mübarizə sahəsində görülən işlər, qəbul edilən sənədlər və qarşıda dayanan vəzifələr barədə məlumat verdilər. Bu xəstəliyin kökünün kəsilməsi üçün bölgələrdə maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulandı.
İclasda çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı dinləmələri yüksək qiymətləndirdilər. Qeyd olundu ki, bu xəstəliyin qarşısının alınması onun nəticələrini aradan qaldırmaqdan asandır. Bunun üçün təkcə həkimlər yox, vətəndaşlar özləri də diqqətli olmalıdırlar. Təklif olundu ki, nigaha daxil olan vətəndaşlardan müayinəsi tələb olunan xəstəliklərin siyahısına vərəmin müayinəsi də əlavə olunsun.
Dinləmələrdə çıxış edən deputatlar Musa Quliyev, Qənirə Paşayeva, Rəşad Mahmudov, Kamilə Əliyeva, Səhiyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin nümayəndələri, tibb mütəxəssisləri vərəmlə mübarizə barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər. Çıxışlarda Azərbaycanda vərəm xəstəliyi ilə bağlı qeydiyyatdan yayınmaya görə məsuliyyətin müəyyənləşdirilməsinin vacibliyi vurğulandı. Qeyd olundu ki, həkimlər xəstələri rəsmi qeydiyyata saldırmadan müalicə etməməlidirlər.
Dinləmələrə yekun vuran Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov aparılan müzakirələri yüksək qiymətləndirdi. Bildirdi ki, komitə bununla bağlı qanunvericiliyə dair veriləcək təklifləri müzakirə etməyə hazırdır.
Sonra iclasda “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarıldı. Məsələ barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdir müavini Mehdi Qurbanov bildirdi ki, təklif olunan dəyişikliklər Prezidentin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən hazırlanmışdır və müvafiq qanunvericiliyin daha da təkmilləşdirilməsinə xidmət edir.
Millət vəkilləri “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna təklif olunan dəyişiklikləri yüksək qiymətləndirdilər və layihəni Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə etdilər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
23 fevralda gözlənilən hava şəraiti
23 fevralda gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında fevralın 23-də havanın dəyişkən buludlu
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
Fevralın 22-də ölkənin aparıcı kütləvi informasiya vasitələri
Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulur
Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulur
Muxtar respublikada meliorasiya və irriqasiya tədbirlərinin əhatə
reklam
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən
Goranboy Rayon Mədəniyyət Mərkəzində
Goranboy Rayon Mədəniyyət Mərkəzində "Xocalı faciəsi" ilə bağlı olaraq tədbir keçirilmişdir.
Tədbirdə rayon MKS-nin, rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Dövlət Rəsm
Amerikanın azərbaycanlı iş adamı
Amerikanın azərbaycanlı iş adamı - Şuşadan Vaşinqtona gedən YOL...
Ağıllı, əzmkar, çalışqan gəncləri görəndə adamın ürəyi dağa dönür. Zarafat
 
XİA.az - TƏQDİMAT