Alimlər gündüz yuxusunu bu xəstəliklə əlaqələndirir

Alimlər gündüz yuxusunu bu xəstəliklə əlaqələndirir

Altsheymer xəstəliyinin ilkin simptomlarından əvvəl orqanizmin normal sutkalıq ritmi pozulur. Xəstəliyin əsl səbəbi indiyədək məlum olmasa da, “amiloid” fərziyyəsinə görə, xəstəliyin əsasında baş-beyin toxumalarında beta-amiloidin həddən artıq toplanması dayanır. Bu maddənin miqdarı orqanizmin sutkalıq ritminə uyğun olaraq dəyişir – insan yuxuda olarkən azalır, oyaq vəziyyətdə, habelə yuxusuzluq zamanı çoxalır. Altsheymer​ xəstəliyindən əziyyət çəkənlərdə yuxu tsikli pozulmuş olur. Lakin alimlər ilk dəfə olaraq müəyyənləşdiriblər ki, bioloji saat dəyişikliyi xəstəliyin çox erkən mərhələsində - intellekt pozulmasından əvvəl baş verir.

XİA.az xəbər verir ki, alimlər orta yaşı 66 olan 189 adamın sutkalıq ritmini müşahidə ediblər. Onların heç birində yaddaş, düşünmə, fikri cəmləməklə bağlı problemlər olmayıb. Pasiyentlərin hamısı ya baş-beyin toxumalarında amiloidin miqdarına, ya onurğa beynində amiloid zülalının miqdarına, ya da hər ikisi ilə bağlı müayinədən keçiblər. Bir-iki həftə ərzində onlar yuxu və oyaq qalmaq vaxtlarının əvəzləndiyini müşahidə edən xüsusi bilərzik taxıblar, hər səhər isə axşamı necə keçirdiklərini gündəlikdə ətraflı yazıblar.

Pasiyentlərin 50 nəfərində Altsheymer xəstəliyinin başlanğıcından xəbər verən xüsusiyyətlər müşahidə edilib. Bu adamların hamısında sutkalıq ritmlərin aşkar pozulduğu müşahidə edilib – onlar yuxu çatışmazlığı hiss edib, gecələr yuxudan tez-tez ayılıb, gündüzlər yuxulu olmaqdan əziyyət çəkiblər.

Alimlər nəyin səbəb, nəyin isə, məsələn, sutkalıq ritmin pozulmasının, beyində dəyişikliyin, bioloji saat dəyişikliyinin nəticə olmasını bilmirlər. Lakin bunu söyləmək olar ki, bioloji saat dəyişikliyi Altsheymer xəstəliyinin biomarkeridir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT