Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı İtalyada Beynəlxalq Parodontoloji Simpoziumda iştirak edib

 Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı İtalyada Beynəlxalq Parodontoloji Simpoziumda iştirak edib
9-10 Fevral 2018-ci il tarixlərində İtalyanın Milan şəhərində "Vita-Salute San Raffaele" Universitetində İtalya Parodontologiya Cəmiyyətinin həmtəşkilatçılığı ilə “Dişlər və implantlar ətrafında yumşaq toxuma cərrahiyyəsi” mövzusunda 2-ci Beynəlxalq Parodontoloji Simpozium (https://www.simposiotessutimolli.it) keçirilib.

Simpozium iştirakçılarına dişlər və implantlar ətrafında parodontoloji konservativ və cərrahi müalicənin bioloji əsaslandırılması, həmçinin yumşaq toxuma rekonstruksiyasında uğurlu və sabit nəticələrə nail olmaq üçün ən son cərrahi üsullar haqqında yeniliklər təqdim olunmuşdur. Keçirilən bu tədbir İtalya Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunmuşdur.

Simpoziumda ölkəmizi Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə institutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli təmsil etmişdir. Simpoziumun gedişində Fransa, İsveç, Braziliya, İsveçrə, Italiya, Macarıstan və Türkiyədən olan məruzəçilər və həmkarlar ilə bir çox görüşlər keçirilmiş, 2018-ci ilin noyabrında Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən Bakıda keçiriləcək “EstePerio2018” 3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi haqqında məlumat verilmişdir. Görüşlərdə eyni zamanda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası və Azərbaycan Parodontologiya Cəmiyyəti ilə mövcud əlaqələrin inkişafı və perspektiv planları müzakirə edilmişdir.

SN-nin Mətbuat
Xidmətinin məlumatı

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu gün 42 dərəcə isti olacaq
Bu gün 42 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi
Düşmən atəşkəsi 101 dəfə pozub
Düşmən atəşkəsi 101 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza yük maşını sürücüsünün
reklam
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
6 ayda 240 mindən çox it peyvənd olunub
6 ayda 240 mindən çox it peyvənd olunub
Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı
 
XİA.az - TƏQDİMAT