Respublika Müalicəvi Diaqnostika Mərkəzində növbəti xeyriyyə aksiyası keçirilib

Respublika Müalicəvi Diaqnostika Mərkəzində növbəti xeyriyyə aksiyası keçirilib
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürәk Mәrkәzindә keçirilən xeyriyyə aksiyasında anadangəlmə ürək qüsuru olan 6 yaşadək uşaqlar əməliyyat olunublar. Əməliyyatın mürəkkəbliyi həmin uşaqlarda kombinə olunmuş anadangəlmə ürək qüsurunun olması idi. Belə ki, bu uşaqlarda bir deyil, bir neçə ürək qüsuru mövcud idi. Bakı Ürәk Mәrkәzinin kardiocərrahı Elnur Həsənovun rəhbərlik etdiyi həkim komandası tərəfindən icra edilən əməliyyatlar uğurla nəticələnib, həmin qüsurlar tam olaraq aradan qaldırılıb.

Məlumat verilib ki, anadangəlmə ürək qüsurlarının 5-7%-ni təşkil edən kombinə olunmuş qüsurlar zamanı qapaqlardan birinin üzərində həm sistolik, həm diastolik küy eşidilir, yəni həm qapaq çatışmazlığı, həm də dəliyin daralması mövcud olur. Bu ürək qüsuru olan uşaqlarda təngnəfəslik, tez-tez göyərmələr və çəkinin itirilməsi müşahidə olunur, daha sonra ürək çatmazlığı inkişaf edir. Bütün bunlar həyat keyfiyyətinə öz mənfi təsirini göstərmiş olur. Əməliyyat olunmuş uşaqların valideynləri müsahibəsində Bakı Ürək Mərkəzində yaradılmış şəraitdən razılıqlarını bildirib, övladlarını sağlam görməkdən fərəh hissi keçirdiklərini və bundan sonrakı mərhələdə kontrol müayinələrə gələcəklərini vurğulayıblar, əməyi keçən hər kəsə minnətdarlıq hissini ifadə ediblər.

Uşaqlar əməliyyatdan 2 gün sonra evə yazılıb, hazırda tam sağlam şəkildə həyatlarına davam edirlər!

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu gün 42 dərəcə isti olacaq
Bu gün 42 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi
Düşmən atəşkəsi 101 dəfə pozub
Düşmən atəşkəsi 101 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza yük maşını sürücüsünün
reklam
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
6 ayda 240 mindən çox it peyvənd olunub
6 ayda 240 mindən çox it peyvənd olunub
Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı
 
XİA.az - TƏQDİMAT