Ölkə səhiyyəsi azyaşlılarda əlilliyin erkən aşkarlanması və profilaktikası sistemini gücləndirir

Ölkə səhiyyəsi azyaşlılarda əlilliyin erkən aşkarlanması və profilaktikası sistemini gücləndirir
Səhiyyə Nazirliyi və UNICEF-in Bakı ofisinin dəstəyi ilə uşaqlar arasında əlilliyin erkən aşkarlanması və profilaktikasına dair bilik və bacarıqlarının artırılması üzrə milli təşəbbüsünün tərkib hissəsi kimi, 20-23.02. 2018-ci il tarixində bir sıra təlimlər keçiriləcəkdir. Təlimlər beynəlxalq məsləhətçilərin iştirakı ilə Bakı şəhərində baş tutacaq.

Ankara Universitetinin professoru İlgi Ertem və onun rəhbərlik etdiyi qrup 20-21 fevral tarixlərində Bakıdakı 13 saylı poliklinikada 6 yerli peşəkar təlimçi tərəfindən keçiriləcək: “Uşaqlarda inkişafın monitorinqi”nə dair təlimlərə nəzarət edəcək.

Təlimdə Bakı Psixi Sağlamlıq Mərkəzi, Azərbaycan Tibb Universiteti, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Bakı, Lənkəran, Şəmkir, Şəki, Zaqatala və Kürdəmir poliklinikaları və uşaq psixi sağlamlıq mərkəzləri kimi müxtəlif rayon və institutlardan olan 60-dan çox səhiyyə işçisi, psixoloq, elmi işçi və psixoloq-pedaqoq iştirak edəcək. Milli təlimçilər Ankara Universiteti tərəfindən veriləcək beynəlxalq təlimçi şəhadətnaməsini almaq üçün Bakıda keçiriləcək təlim ərzində beynəlxalq ekspertlər tərəfindən qiymətləndiriləcəklər.

Ankara Universitetini təmsil edən qrupla tərəfdaşlıq həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) üçün Uşaqlarda inkişafın monitorinqi üzrə təlim paketinin hazırlanmasını, yerli təlimçilərin hazırlığını ehtiva edir.

UNICEF-in uşaqların inkişafının monitorinqi, uşaqlarda əlilliyin erkən profilaktikası və inkişaf ləngimələrinin erkən aşkarlanması istiqamətində milli pediatr və digər müvafiq mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə Səhiyyə Nazirliyi ilə birgə tədbirlərinin tərkib hissəsidir. 2016-cı ildən etibarən, Bakıda və rayonlarda 300 –dən artıq həkim (əsasən pediatr və uşaq nevroloqu) üçün təlim keçilmişdir. Sertifikatlaşdırmadan sonra yerli peşəkar təlimçilər artıq Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tədris planına daxil edilmiş bu təlimləri özləri müntəzəm şəkildə keçə biləcəklər. Hər bir tədris ili ərzində təxminən 200-300 səhiyyə işçisi üçün hazırkı təlim proqramının keçilməsi nəzərdə tutulur.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu gün 42 dərəcə isti olacaq
Bu gün 42 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi
Düşmən atəşkəsi 101 dəfə pozub
Düşmən atəşkəsi 101 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza yük maşını sürücüsünün
reklam
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
6 ayda 240 mindən çox it peyvənd olunub
6 ayda 240 mindən çox it peyvənd olunub
Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı
 
XİA.az - TƏQDİMAT