SN: - Yüksəkixtisaslı həkimlər regionlara əhalinin müayinəsi məqsədi ilə ezam olunurlar

SN:
Səhiyyə nazirinin müavini Nigar Əliyeva “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi üçün mütəxəssislərin ezamiyyəti haqqında” sərəncam imzalamışdır.

Sərəncama əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.01.2018-ci il tarixli sərəncamının icrası ilə əlaqədar bölgələrdə əhalinin tibbi müayinələrdən keçirilməsini təmin etmək məqsədi ilə yüksəkixtisaslı mütəxəssislər regionlara ezam olunurlar.

Ezam edilənlər arasında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Respublika Perinatal Mərkəzinin, Kliniki Tibbi Mərkəzin, Respublika Endokrinoloji Mərkəzin, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun, Doğum evlərinin, Qadın Məsləhətxanalarının və digər tibb müəssisələrinin mütəxəssisləri daxil ediliblər.

Yüksəkixtisaslı həkim briqadaları artıq regionlarda əhaliyə xidmət etməyə başlayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 12 fevral – 12 may tarixlərində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhalinin tibbi müayinələri keçirilir. Ölkə başçısının tapşırığının icrası məqsədi ilə səhiyyə nazirinin müavini Nigar Əliyeva “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” 30.01.2018-ci il tarixli sərəncam imzalamışdır.

Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılır.

Artıq 4-cü ildir ki, Səhiyyə Nazirliyi tərəfindən əhalinin tibbi müayinəsi keçirilir. Əhali arasında keçirilən profilaktik tibbi müayinələr patoloji halların, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıyır.

Xəstəliklər aşkar olunduğu halda pasiyentlər yerlərdə, zərurət yarandığı halda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunacaqlar.

2017-ci ilin göstəricilərinə görə respublika üzrə müayinədən keçirilmiş şəxslərdən 2041388 nəfəri əlavə müayinələrə cəlb edilmiş, 68427 nəfəri dispanser nəzarətinə alınmış, 27059 nəfəri hospitalizasiya olunmuşdur.

Yaşayış ərazisi üzrə tibb müəssisəsinə vaxtında müraciət edin və profilaktik tibbi müayinədən keçin.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
23 fevralda gözlənilən hava şəraiti
23 fevralda gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında fevralın 23-də havanın dəyişkən buludlu
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
Fevralın 22-də ölkənin aparıcı kütləvi informasiya vasitələri
Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulur
Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulur
Muxtar respublikada meliorasiya və irriqasiya tədbirlərinin əhatə
reklam
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən
Goranboy Rayon Mədəniyyət Mərkəzində
Goranboy Rayon Mədəniyyət Mərkəzində "Xocalı faciəsi" ilə bağlı olaraq tədbir keçirilmişdir.
Tədbirdə rayon MKS-nin, rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Dövlət Rəsm
Amerikanın azərbaycanlı iş adamı
Amerikanın azərbaycanlı iş adamı - Şuşadan Vaşinqtona gedən YOL...
Ağıllı, əzmkar, çalışqan gəncləri görəndə adamın ürəyi dağa dönür. Zarafat
 
XİA.az - TƏQDİMAT