Bu gün Ümumdünya Malyariya Əleyhinə Mübarizə günüdür

Bu gün Ümumdünya Malyariya Əleyhinə Mübarizə günüdür















1990-cı illərin əvvəllərində Respublikada malyariyaya görə epi¬de¬mi¬o¬loji və¬ziy-yət kəskin surətdə pisləşməyə başlamışdır. Ölkədə sosial-iqtisadi və¬ziyyətin pisləşməsi, hərbi münaqişələr, bir milyondan çox qaçqın və məc¬buri köçkünlərin yaranması və onlar arasında xaotik miqrasiya, mal¬yariya üzərində epidemioloji nəzarətin, eləcə də epidemiya əleyhinə təd¬birlərin zəiflədilməsi, müvafiq vasitələrin, dərman preparat¬larının, labo¬rator ava¬dan¬lıqların, dezinseksiya maddələrinin çatışmazlığı və mü¬vafiq adekvat təd¬birlərin vaxtında gorülməməsi malyariya epidemiyasının baş verməsinə səbəb olmuşdur.

1996-cı ildə ölkədə13 mindən çox xəstəlik hadisəsi qeydə alınmışdır.

Yaranmış vəziyyətlə əlaqədar olaraq, Səhiyyə Nazirliyi tərəfindən 1997-ci ildə Malyariya ilə mübarizə üzrə Milli Proqram işlənib hazırlanmış və həmin ildən onun icrasına başlanmışdır.

Azərbaycan xalqı üçün daima təhlükə yaradan malyariya xəstəliyinə qarşı aparılmış genişmiqyaslı əksepidemik tədbirlər epidemioloyi sabitliyə nail olunmasına imkan vermiş və 2013-cü ildən etibarın bu günə kumi yerli yoluxma halları qeydə alınmamışdır.

Avropa Regionunda malyariyanın eliminasiyasına nail olunması ilə əlaqədar olaraq Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə bu region dövlətlərinin iştirakı ilə Aşqabad şəhərində 2016-cı ilin iyul ayında “Eliminasiyadan son¬rakı dövrdə xəstəliyin yenidən bərpa olunmasının qarşısının alınması” üz¬rə yeni Bəyannamə qəbul edilmişdir.

Hazırda Səhiyyə Nazirliyi tərəfindən Ümumdünya Səhiy¬yə Təşkilatının tövsiyələrinə müvafiq olaraq“2016-2020-ci illər üçünAzərbaycan Respub-likasında malyariya xəs¬təliyinin yenidən bərpa olunmasının qarşısının alınması” üz¬rə təsdiq edilmiş Milli Stra¬tegiyaya əsasənprofilaktik tədbirlər davam etdirilir. Bu Strategiyada əsas məqsəd, gətirilmə malyariya xəstələrinin vaxtında aşkar edilərək müalicə olunması, malyariyadan azad ərazilərdə xəstəliyin yenidən bərpa olunmasının qarşısının alınması və epidemioloji nəzarətin güclən¬dirilməsidir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu gün 42 dərəcə isti olacaq
Bu gün 42 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi
Düşmən atəşkəsi 101 dəfə pozub
Düşmən atəşkəsi 101 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza yük maşını sürücüsünün
reklam
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
6 ayda 240 mindən çox it peyvənd olunub
6 ayda 240 mindən çox it peyvənd olunub
Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı
 
XİA.az - TƏQDİMAT