4 May Beynəlxalq Astma Günüdür

4 May Beynəlxalq Astma Günüdür
4 May Ümumdünya Astma Günüdür. Beynəlxalq astma günü hər il dünyanın 80 dən artıq ölkəsində bu xəstəliyin Qlobal Strateji Müalicə layihəsi çərçivəsində qeyd edilir.

Bu günün qeyd olunmasında əsas məqsəd əhalinin diqqətini bu problemə yönəltmək, xəstəliyin əlamətləri və müalicə yolları haqqında maarifləndirməkdən ibarətdir.

Səhiyyə Nazirliyinin baş allerqoloqu, professor Cəbrayıl Məmmədov vurğulayıb ki, xəstəlik əsasən allergik mənşəlidir və sənaye cəhətdən inkişaf etmiş, nəmişliyi çox olan ölkələrdə yayılıb. Ölkədə bronxial astma xəstələrinin sayında illər üzrə azalma müşayiət edilir. Belə ki, 2016-cı ildə 7950, 2017-ci ildə isə bu 7701 nəfərdə ilk dəfə aşkarlanma qeydə alınmışdır. Bu xəstəlikdə ən vacib amil genetik meyilliyin olmasıdır.

Xəstəliyin daha çox yayıldığı ölkələr isə İrlandiya, Pribaltika ölkələri, Kanada, Şimali Amerikadır. Hətta bəzi ölkələrdə bu göstərici 30-40% təşkil edir.

Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da bronxial astmadan əziyyət çəkən xəstələr var. Hazırda ölkədə bu xəstəlik həm uşaqlar, həm də böyüklər arasında 6-8% təşkil edir. Ölkədə bu xəstəliyə daha çox cənub zonasında rast gəlinir.

Cəbrayıl Məmmədov qeyd edib ki, son zamanlar səhiyyənin inkişafı və daha təsirli dərman vasitələrindən istifadə, bu xəstəliklə mübarizədə effektiv rol oynayır.

Professorun fikrincə bütün dünyada allergik bronxial astmanı törədən əsas səbəblərdən biri ev və məişət gənələridir. Əsasən nəmişlik olan yerlərdə onların çoxalması üçün əlverişli şərait yaranır. Yumşaq yataq dəstində yığılan toz hissəcikləri gənələr üçün optimal şərait yaratdığından belə xəstələr yumşaq dəst əşyaların sayını azaltmalıdırlar.

Xəstəliyin əsas əlamətləri kimi vaxtaşırı boğulmalar qeyd etmək olar. Bu, hal yüngül əlamət kimi, bəzən isə ağır nəticələrlə müşayiət oluna bilər. Belə olan hallarda həkimin müdaxiləsi mütləqdir. Bu kimi utmalar əsasən gecəyarısı üçün xarakterikdir. Fiziki iş, idmanla məşğul olan zaman sinədə səsli küy olur. Bu zaman tənəffüs alıb-vermə çətinləşir və xəstə boğulmağa başlayır. Boğazda qaşınma, öskürək halları baş verir. Müalicə olunmazsa ağciyərlərin emfizeması deyilən, ağırlaşmaya, sonda isə ağciyər ürək çatışmazlığıa gətirib çıxara bilər. Məhz bu baxımdan bu xəstəlik çox ciddi sayılmalı və əlamətləri müşahidə edildiyi zaman mütləq allerqoloqa müraciət edilməlidir.

Vaxtında lazımi müdaxilə olunarsa xəstəni vəziyyətdən çıxarmaq və əvvəlki həyata qaytarmaq mümkündür.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu gün 42 dərəcə isti olacaq
Bu gün 42 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi
Düşmən atəşkəsi 101 dəfə pozub
Düşmən atəşkəsi 101 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza yük maşını sürücüsünün
reklam
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
6 ayda 240 mindən çox it peyvənd olunub
6 ayda 240 mindən çox it peyvənd olunub
Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı
 
XİA.az - TƏQDİMAT