Ölkəmizdə ilk dəfə Dəmiryolu Səyyar Klinikası fəaliyyətə başlayıb

Ölkəmizdə ilk dəfə Dəmiryolu Səyyar Klinikası fəaliyyətə başlayıb
Məlumat verildiyi kimi, Azərbaycanda ilk dəfə olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası fəaliyyətə başlayıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan humanitar aksiyada məqsəd pasientlərə oftalmoloji yardım göstəməkdir.

Səyyar Klinika ilk səfərini Astara rayonuna edib. Astaranın dəmiryolu stansiyasında yerləşən Səyyar Klinika mayın 8-dən 12-ə kimi pasientlərə tibbi yardım göstərib. Humanitar aksiyada Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımovun rəhbərliyi ilə mərkəzin 17 nəfərdən ibarət yüksək ixtisaslı tibb heyəti iştirak edib. Səyyar Qatarda ümumilikdə 675 Astara sakini müayinə və mülaicə olunub, 30-a yaxın pasient əməliyyat edilib. Pasientlər arasında İran vətəndaşları da iştirak edib. Onlar Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası haqqında məlumatlı olduqlarını və ona görə də gözlərində yaranan problemin həlli üçün bura gəldiklərini deyiblər. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir.

Qatarda yerləşən Dəmiryolu Səyyar klinikası müasir oftalmolojı avadanlıqlarla təciz olunub və tam avtonom (elektrik, su, havalandırma və kondisioner sistemləri) vaqondur. Səyyar Klinika eyni zamanda üç hissədən-texniki hissə, oftalmolojı müayinə bloku və cərrahiyyə blokundan ibarətdir. Burda yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya üsullarla əməliyyatların aparılması üçün xüsusi aparaturalar var. Oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerinden ibarətdir.

Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr,işarələr proyektoru, yarıq lampa, lensmetr və digərləri təşkil edilib. Bir gün ərzində dəmiryol səyyar klinikasında 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edilə bilər. İlk dəfə olaraq Astaradan başlayan bu humanitar aksiya ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur.

Dəmir yolu səyyar klinikasının üstünlüyü ondan ibarətdir ki, aksiya Azərbaycanın İran, Gürcüstan və Rusiya sərhədində yerləşən bölgələrində aparıldığı zaman bu ölkədə yaşayan azərbaycanlılar da səyyar klinikanın oftalmoloji xidmətlərindən yaralana bilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Abbas Bağırov köməkçisini bağışladı
Abbas Bağırov köməkçisini bağışladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən
Canavarlar kəndlərə hücum edir
Canavarlar kəndlərə hücum edir - Nazirlik hərəkətə keçdi
oranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərinə canavarların hücum
Martdan Azərbaycanda minimal pensiya 160 manat olacaq
Martdan Azərbaycanda minimal pensiya 160 manat olacaq
“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi parlamentin bu
reklam
Sinoptiklər şaxtalı hava vəd edirlər
Sinoptiklər şaxtalı hava vəd edirlər
Fevralın 20-də Bakı və Abşeron yarımadasında yağıntının səhər tədricən
İlham Əliyev çoxmənzilli binalarla bağlı fərman imzaladı
İlham Əliyev çoxmənzilli binalarla bağlı fərman imzaladı
Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə
Bakıda silah gəzdirən Masallı sakini tutuldu
Bakıda silah gəzdirən Masallı sakini tutuldu - FOTO
Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən
 
XİA.az - TƏQDİMAT