Səhiyyə Nazirliyi yeni virusla əlaqədar insanları diqqətli olmağa çağırdı

Səhiyyə Nazirliyi yeni virusla əlaqədar insanları diqqətli olmağa çağırdı

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyası dünyanın bəzi ölkələrində yayılan MERS virusu ((MERS - Middle East Respiratory Syndrome) ilə əlaqədar insanları diqqətli olmağa çağırıb.

Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova bildirib ki, MERS virusunun Azərbaycana keçməsinin qarşısını almaq üçün Səhiyyə Nazirliyi tərəfindən qabaqlayıcı tədbirlərin görülməsinə başlanılıb: "Bununla əlaqədar sərhəd-keçid məntəqələrində hərarətli xəstələr, xəstələnmə hallarının çox olduğu dövlətlərdən Azərbaycana gələn insanlar üzərində müşahidələr aparılır, eyni zamanda dezinfeksiya işləri həyata keçirilir. Xəstəliklə əlaqədar həm əhali, həm də tibb işçiləri arasında maarifləndirmə işləri aparılır. Biz qabaqlayıcı tədbirlərin hamısını görürük. Ancaq heç bir ölkə xəstəlikdən sığortalanmayıb. Əgər hansısa bir xəstə Azərbaycana gələrsə, Elmi Tədqiqat Ağçiyər Xəstəlikləri İnstitutunda tənəffüs çatışmazlığı və s. simptomları olan xəstələri müalicə etmək üçün bütün şəraiti olan xüsusi palatalar var. Belə palatalar Ebola virusunun yayıldığı dövrdə də olub. Əgər belə hal olarsa, xəstələr oraya qospitalizasiya olunacaq və orada sistematik müalicə aparılacaq”.

MERS virisunun coronaviruslara aid olduğunu və xüsusi təhlükəli viruslar qrupundan olduğunu deyən R.İsmayılovanın sözlərinə görə, MERS virusuna yoluxan insanlarda xəstəliyin maksimal inkubasiya dövrü 14 gündür: "MERS virisuna yoluxan insanlarda xəstəliyin yüksək hərarət, qripə oxşar əlamətlər, təngənəfəslik, tənəffüs çatışmazlığı, ishal kimi simptomları müşahidə edilir".

Respublika Taun Əleyhinə Stansiyasının rəsmisi xəstəliyin müalicəsi və ona qarşı vaksin olmadığı üçün insanları daha diqqətli olmağa da çağırıb: "Xəstəlikdən qorunmaq üçün insanlar əllərini tez-tez yumalı, nəm salfetlərlə silməli, çirkli əllərlə ağzına, burnuna, gözünə toxunmamalı, maskalardan istifadə etməlidirlər".

R.İsmayılova hazırda Azərbaycanda xüsusi təhlükəli infeksiyalarla bağlı vəziyyətin sabit olduğunu da nəzərə çatdırıb.

Xatırladaq ki, hazırda Cənubi Koreya və Filippində MERS virusuna yoluxma halları kütləviləşib./trend/

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Qocalmağa qoymayan NADİR MADDƏ:
Qocalmağa qoymayan NADİR MADDƏ: - alfa lipoikin İNANILMAZ FAYDALARI
Alfa lipoik turşusu 1980-cı illərin sonlarında kəşf edilib. İlk illərdə
Braziliyada nazirlik işçiləri təxliyə edildi
Braziliyada nazirlik işçiləri təxliyə edildi - Bombaya görə
XİA.az-ın məlumatına görə, mülki müdafiə əməkdaşları binanın 9-cu
28 May-Respublika günü Almaniyada qeyd edilib
28 May-Respublika günü Almaniyada qeyd edilib
Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə,
reklam
Naftalanda cəbbəxana aşkarlanıb
Naftalanda cəbbəxana aşkarlanıb
Bununla əlaqədar mayın 24-də Goranboy rayon sakini Adil Süleymanova
14 yaşlı qıza göz dikən seksual manyaklara ağır cəza
14 yaşlı qıza göz dikən seksual manyaklara ağır cəza
Bakıda 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər törətməkdə
Mingəçevir su anbarında bir nəfər batıb
Mingəçevir su anbarında bir nəfər batıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə
 
XİA.az - TƏQDİMAT