Gəncədə xəstəxana əsaslı təmir edilir - Foto

Gəncədə xəstəxana əsaslı təmir edilir

Regionların inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də ikinci konsepsiya - «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi.
Ötən 10 ildə neftdən əldə edilən gəlirlərdən regionlarda həyata keçirilən layihələrə hər il milyardlarla manat vəsait ayrıldı. Bu investisiyalar bölgələrdə sosial-iqtisadi inkişaf üçün ən vacib şərti-infrastrukturun yenidən qurulmasını və inkişafını təmin etmiş oldu.
Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illəri əhatə edən birinci dövlət proqramı çərçivəsində dövlət bölgələrdə çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsinə - yeni yolların, elektrik stansiyalarının, kommunikasiyaların tikintisinə və digər layihələrə 6,8 milyard manat həcmində investisiya yatırmışdır.


Regional inkişaf

Regionların inkişafına dair 2009-2013-cü illəri əhatə edən ikinci dövlət proqramı çərçivəsində dövlət tərəfindən bölgələrə yatırılan investisiyaların həcmi ildən-ilə daha da artırıldı. Bu proqramın həyata keçirilməsinin dörd ili ərzində (2009-2012) regionların inkişafına cəmi 14,5 milyard manat dövlət investisiyası yönəldildi. 2013-cü il üçün isə regionlar üçün ölkə üzrə əsaslı vəsait qoyuluşunun 77 faizi və ya 5,3 milyard manat vəsait ayrılmışdır.
Beləliklə, neft gəlirlərinin önəmli hissəsinin bölgələrin inkişafına sərf olunması siyasətinin nəticəsi olaraq ötən 10 il ərzində bu məqsədlə ümumilikdə 27 milyard manata yaxın vəsait ayrılmışdır. Bu dövlət investisiyaları bölgələrin sosial-iqtisadi inkişafı üçün əsas təkan rolunu oynadı.


Regionların sosial-iqtisadi inkişafına dair ötən 9 ildə həyata keçirilmiş iki proqram çərçivəsində Azərbaycanın bölgələrində tikilən və yenidən qurulan sosial obyektlərin-xəstəxanaların, məktəblərin, uşaq bağçalarının, kitabxanaların və s. sayı minlərlədir.

Gəncə şəhər 2 saylı Uşaq xəstəxanasının fasadında və ərazisinin abadlaşdırılmasında təmir işləri müasir texnologiya əsasında həyata keçirilir. Xəstəxananın bu tezliklə təmir edilib təhvil verilməsi nəzərdə tutulub. Xəstəxanada bütün şöbələr ən müasir avadanlıqla təmin edilib. Baş həkim Hafis Abdullayevin XİA.az-a verdiyi məlumata əsasən Yenidənqurma işləri ilə əlaqədar xəstələrin müayinə və müalicələrində heç bir problem yaşanmır. Kollektiv hamı öz işlərinin başındadır.

Qeyd edim ki, xəstəxananın daxili bir neçə il bundan öncə əsaslı təmir edilərək istifadəyə verilmişdi.

Xəstəxananın ən müasir tibb avadanlığı ilə təchizatı, burada elmin ən son yeniliklərinə əsaslanan aparatların quraşdırılması bir daha sübut edir ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığının təmin edilməsi üçün mühüm işlər görür. Bütün bunlar həm də onu göstərir ki, 2003-cü ildən sonrakı dövr Azərbaycan səhiyyəsində yeni inkişaf mərhələsi ilə yadda qalıb. Bu dövr Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə daha çox səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikintisi, mövcud tibb ocaqlarının yenidən qurulması ilə xarakterizə olunur. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilir. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət proqramları müstəsna rol oynayır. Beləliklə, Azərbaycan səhiyyəsinin son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi böyük yol ilk növbədə, geniş islahatlarla xarakterizə olunur. Bu islahatlar ölkədə səhiyyə infrastrukturunun tamamilə yenidən qurulmasına xidmət edir.

Gəncədə xəstəxana əsaslı təmir edilir
Gəncədə xəstəxana əsaslı təmir edilir

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Gəncədə iki bacının ölüm səbəbi bilindi
Gəncədə iki bacının ölüm səbəbi bilindi - QƏTL
Hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə - Düşmən itkiləri açıqladı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ermənistan Müdafiə Nazirliyinə hücum
Ermənistan Müdafiə Nazirliyinə hücum - atışma baş verib
Sərxoş sürücü "Opel" markalı" avtomobilini Müdafiə Nazirliyinin binasının
reklam
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır - VİDEO
Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə
Günay İbrahimli:
Günay İbrahimli: - “Ay ərzində ən çox qazandığım məbləğ 45 min manat olub”
Röyanı bir nömrə hesab edirsiniz. Bəs Günay İbrahimli nə zaman bir nömrə
Həyat dərsi
Həyat dərsi
XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı
 
XİA.az - TƏQDİMAT