Baş həkimsiz fəaliyyət göstərən dispanser - İTTİHAM

Dispanserin baş həkimi işdə tapılmır
Baş həkimsiz fəaliyyət göstərən dispanser
Gəncə Psixonevroloji Dispanseri son bir neçə ay ərzində faktiki olaraq Yaşar Əliyevsiz fəaliyyət göstərir

Artıq neçə müddətdir ki redaksiyamıza daxil olan məlumatlarda Gəncənin səhiyyə sahəsinin ən zəif nöqtələrindən biri kimi şəhər Psixonevroloji Dispanserinin adı çəkilir. Bu xüsusda aldığımız çoxsaylı açıqlamalarda müəssisənin baş həkimi Yaşar Əliyevin öz fəaliyyətində yol verdiyi vəzifədən sui-istifadə halları, rüşvətxorluq və digər ciddi qanun pozuntularından bəhs olunur. Bildirilir ki, Yaşar Əliyevin yarıtmaz fəaliyyəti bu gün artıq sadəcə burada müalicə alan insanları və onların yaxınlarını deyil, həmçinin dispanserin tibbi personalını da əməlli-başlı bezdirib. İlk növbədə mənbələr iddia edirlər ki, dispanserdə müalicə olunan xəstələr müəssisə rəhbərliyi tərəfindən dözülməz haqsızlıqlara məruz qalırlar. Belə ki, dispanserdə müalicə alan xəstələr bəzi hallarda ayrı-ayrı işlərə cəlb olunurlar. Baş həkim onların əməyindən dispanserin həyatyanı sahəsinin təmizlənməsində və müəyyən tikinti işlərində istifadə edir. Bu isə məlum olduğu kimi psixo-nevroloji xəstələrin istismarı kimi xarakterizə olunan yolverilməz haldır. Həmçinin daxil olan məlumatlarda, dispanser rəhbərliyinin buraya ayrılan dərman preparatları ilə də müəyyən maxinasiyalar törətdiyi bildirilir. Vurğulanır ki, dispanserdə əsəb xəstəliyindən əziyyət çəkən xəstələrə dərmanlar ikiqat bahasına satılır. Belə ki, müalicə alan xəstələrə pulsuz verilməli olan dərmanlar Gəncədə və qonşu rayonların müxtəlif ərazilərində fəaliyyət göstərən apteklərə satılır, elə bu səbəbdən də xəstələr zəruri dərman preparatlarını baha qiymətə həmin apteklərdən almağa məcbur olurlar. Lakin açıqlamalara görə, dərman preparatlarından başqa, Gəncə Psixonevroloji Dispanserində maxinasiyaların tətbiq olunduğu daha bir məqam da xüsusi arayışların verilməsi ilə bağlıdır. Belə ki, Yaşar Əliyevlə razılığa gələn sağlam şəxslər bu dispanserdən hətta “dəlilik kağızı” da ala bilirlər. Saxta yolla əldə edilən “dəlilik kağızı” isə bir çox məqamlarda daha təhlükəli fəsadlara yol açılmasında vasitə rolunu oynayır. Məsələn, müəyyən şəxslər hansısa cinayət hadisəsi törətdikdə bu kağızın vasitəsilə məsuliyyətdən kənarda qala bilirlər. Həmçinin əsgəri xidmətdən yayınmaq üçün də bu arayış müstəsna rol oynayır. Aldığımız məlumatlarda göstərilir ki, Yaşar Əliyev hərbi xidmətdən yayınmaq niyyətində olan bəzi gənclərin qısa bir müddət dispanserdə qalmaları üçün lazımi şəraiti təmin edir. Bundan sonra isə həmin şəxslər ruhi xəstə olmaları haqda müvafiq arayış alaraq hərbi xidmətdən azad edilirlər. Bu gün torpaqlarımızın 20 faizindən çoxu hələ də düşmən tapdağı altında qaldığı bir vəziyyətdə Azərbaycan dövləti bu problemin həlli məqsədilə istər dünya miqyasında, istərsə də ölkə daxilində məqsədyönlü, çoxşaxəli iş aparır. Lakin bu problemin həlli ümumxalq işidir. Xüsusən gənc nəslin milli-vətənpərvər ruhda, xalqa və dövlətçiliyimizə sədaqət prinsiplərinə uyğun formalaşması yönümündə ümumilikdə ictimaiyyətin və ayrı-ayrılıqda hər birimizin xüsusi fəallığına böyük ehtiyac vardır. Bunun əvəzində isə, cəmiyyətimiz hələ də orduda xidmətdən yayınma hallarına və belə halların mövcudluğu üçün şərait yaradanlara qarşı mübarizə aparmaq məcburiyyətindədir.

Qeyd edək ki, bu günlərdə Gəncə şəhər Psixonevroloji Dispanserinin fəaliyyətinə dair aldığımız yeni məlumat xüsusilə diqqətimizi cəlb etmiş oldu. Xəbərdə bildirilir ki, artıq may ayından etibarən Yaşar Əliyev işə çıxmır. Məlumatda bunun səbəbi qeyd olunmasa da, mənbə bu tibb müəssisəsinin son bir neçə ay ərzində faktiki olaraq baş həkimsiz fəaliyyət göstərdiyini vurğulayır...

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

www.mediaxeberleri.az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
“Exchange”lərin fəaliyyətinə görə lisenziya və rüsum tələb olunacaq
“Exchange”lərin fəaliyyətinə görə lisenziya və rüsum tələb olunacaq
Azərbaycanda valyuta mübadiləsi lisenziyalaşdırılmış sahibkarlıq növü
Natiq Əliyev:
Natiq Əliyev: - Hasilatın azaldılması Azərbaycanın xeyrinədir
“Azərbaycan neftin hasilatının azaldılması ilə bağlı əldə olunmuş
Valyutadəyişmə məntəqələri bərpa olunur:
Valyutadəyişmə məntəqələri bərpa olunur: - Qanun təsdiqləndi
Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi
reklam
Azərbaycana gələr ərəblərin sayı artıb
Azərbaycana gələr ərəblərin sayı artıb
BƏƏ-dən gələn turistlərin sayı 22, İraqdan gələnlərin sayı 30 dəfə artıb.
Valyuta hərracının nəticəsi açıqlanıb:
Valyuta hərracının nəticəsi açıqlanıb: - Dollar bahalaşdı
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı
Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib
Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib
Ali Məhkəməyə yeni hakim seçilib. Xia.az Report-a istinadən xəbər verir
 
XİA.az - TƏQDİMAT