Bakıda doğuş qiymətləri bahalaşdı - Siyahı

Bakıda doğuş qiymətləri bahalaşdı

Bir neçə ay bundan qabaq özəl müəssisələrdə doğuş üçün orta hesabla 800-1700 manat pul tələb olunurdusa, hazırda bu qiymətlərdə bir qədər bahalaşma müşahidə edilir.

XİA,az Axar.az -a istinadən xəbər verir ki, özəl doğum evləri bəlli olmayan səbəblərlə doğuş qiymətlərində dəyişiklik edib. Ötən ayla müqayisədə indi qiymətlərdə təqribən orta hesabla 300 manata qədər fərq müşahidə olunur.
Bəs qiymət artımları hansı özəl klinikalarda özünü göstərir? Özəl klinikalarla əlaqə saxlayaraq, hazırkı doğuş qiymətləri ilə maraqlandıq.
Vital Klinika
Ötən ay bu klinikada doğuş üçün tələb olunan 650-950 manat civarında məbləğ 1500 manata yüksəlib.
Baku Medikal Plaza
1300-1500 manatlıq qeysəriyyə əməliyyatları hazırda bu klinikada 1800-1900 manata qədər bahalaşıb.
Leyla Şıxliniskayanın klinikası
Cəmi 50 manat bahalaşma var: 1000 manatdan 1050 manata yüksəlib. Ağrıkəsicidən istifadə etmək istəyən xəstə əlavə olaraq 155 manat da ödəniş etməlidir.
Oksigen Klinikası
Bu klinikada əksinə, 250-300 manatlıq güzəşt tətbiqinə başlanılıb. Klinikda doğuş qiymətləri 1450 manatdan 1200 manata endirilib. Klinikanın adının ana ölümü qalmaqalında hallanmasından sonra bu addımı atdığı bildirilir.
Mövzu barədə Axar.az-a danışan Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirdi ki, nazirlik özəl klinikaların qiymət siyasətinə qarışmır. Qiymətlərə gəlincə, bu vətəndaşın azad seçimindən asılıdır. Hər bir vətəndaş həm özəl, həm də dövlət müəssisələrindən istifadə etməkdə sərbəstdir. Xatırladaq ki, bu, klinikaların doğuş qiymətlərində baş verən sayca ikinci qiymət artımıdır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Gəncədə iki bacının ölüm səbəbi bilindi
Gəncədə iki bacının ölüm səbəbi bilindi - QƏTL
Hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə - Düşmən itkiləri açıqladı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ermənistan Müdafiə Nazirliyinə hücum
Ermənistan Müdafiə Nazirliyinə hücum - atışma baş verib
Sərxoş sürücü "Opel" markalı" avtomobilini Müdafiə Nazirliyinin binasının
reklam
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır - VİDEO
Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə
Günay İbrahimli:
Günay İbrahimli: - “Ay ərzində ən çox qazandığım məbləğ 45 min manat olub”
Röyanı bir nömrə hesab edirsiniz. Bəs Günay İbrahimli nə zaman bir nömrə
Həyat dərsi
Həyat dərsi
XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı
 
XİA.az - TƏQDİMAT