Şəmkir MRX-da 5000 şirinlik istəyiblər - Səbəb nədir?

Şəmkir MRX-da 5000 şirinlik istəyiblər
Şəmkir MRX-da baş həkimin Şəmkir rayon Seyfəli kənd sakini Albabayeva Aybəniz Musa qızıından 5000 şirinlik istəməsi barədə yenidən rəhbər şəxslərə müraciyət ünvanlanıb. XiA.az həmin ərizəni olduğu kimi təqdim edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına
Surəti-YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Xanım Əliyevaya
Surəti-Baş Prokuroru Cənab Zakir Qaralova
Surəti- Nazirlər Kabinetinə
Surəti-Ombudsman Elmira Xanım Süleymanovaya
Surəti-Milli Təhlükəsizlik nazirliyinə
Surəti- Milli-Məclisin sədri Cənab Oqtay Əsədova
Surəti-Maliyyə naziri Cənab Samir Şərifov
Şəmkir rayon Seyfəli kənd sakini Albabayeva Aybəniz Musa qızı tərəfindən
ƏRİZƏ
Yazıb sizə bildirirəm ki,mən sizə iki aydır müraciət edirəm.indiki Çinarlı qəsəbəsində(keçmiş Leninkənd)yerləşən xəstəxanada 33(otuz üç)ildir tibb bacısı işləyirəm.29.05.2012-ci ildə kursdan keçmişəm(BT028901)diplom almışam, 2014-cü ilin dekabr ayında xəstəxananın baş həkimi Altay həkim mənə dedi ki ,tezliklə mənə 5(beş) min AZN verməsən səni işdən azad edəcəm.2015-ci ilin may ayında isə mənə dedi ki,pulu(beş min manatı)vermədin, ona görə də səni Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nürəddin Əhmədovun taşırığı ilə səni işdən azad etdik.
Mən dəfələrlə ŞMX-nın baş həkimi Nürəddin Əhmədovun yanında dəfələrlə olmuşam,axırıncı dəfə mən onun yanında olanda mənə ded ki,sən birdə bura gəlsən səni dəlixanaya qoyduracam.
Çinarlı xəstəxanasının baş həkimi Altay Quluyev mənə deyir ki,pulunu yalandan şikayətlərə vermə mənim pulum çoxdur,mən ildə neçə ölüm işlərini pulla bağlayıram,kim gəlsə pul verib yola salacam,mən heç kimdən qorxmuram,mənim arxamda ŞMX-nın baş həkimi və Bakı durub, get hara istəyirsən şikayət et.Pulu gətirmədin(beş min manatı)səni işdən azad etdik.
Sizdən xahiş edirəm mənim işə bərpa olunmağıma və mənə dəymiş maddi-mənəvi ziyanın ödənilməsinə köməklik göstərəsiniz.Çinarlı xəstəxanasının baş həkimi Altay Quliyev 65 yaşı tamam olmuş işçiləri təqaüdə göndərmir,hər il iki-üç uşaq ölümü və ana ölümü halları olur,bununla yanaşı xəstəxanaya ayrılmış kənd təsərüfat məhsulları xəstəxanada xəstələrə verilməsi əvəzinə maqazində satılır,Altay Quliyevin qanunsuz əməllərinə son qoyasınız və ciddi tədbir görəsiniz.
Mən tək ailə sahibiyəm,həyat yoldaşım rəhmətə gedib,üç övladım var,başqa gəlir yerim yoxdur,dolana bilmirəm,mənə köməklik etməyinizi sizdən artıq dərəcədə xahiş edirəm.Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm.

05.10.2015 . Albabayeva.

Şəmkir MRX-da 5000 şirinlik istəyiblər
Şəmkir MRX-da 5000 şirinlik istəyiblər

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dollar sürətlə bahalaşır
Dollar sürətlə bahalaşır - HƏRRAC
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Dünya bazarında xam neftin qiymətində qeyri-stabillik müşahidə olunur. APA
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda fəaliyyətdə olan və fəaliyyəti dayandırılmış bir neçə
reklam
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydasını pozduğu üçün
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Təhsil Nazirliyinin bir sıra kütləvi informasiya vasitələrində Şəmkir
Krımda azərbaycanlı iş adamı həbs olunub
Krımda azərbaycanlı iş adamı həbs olunub
Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində
 
XİA.az - TƏQDİMAT