Həkim olmaq məsuliyyəti

Həkim olmaq məsuliyyəti

Müstəqil Azərbaycanın həyatında səhiyyə sahəsi çox böyük yer tutur. Bu, təkcə bizim ölkədə deyil, insan cəmiyyətində, insan yaranandan insanın həkimə ehtiyacı olubdur. Ona görə də həkim sənəti yaranıbdır. Həkim sənətinin yaranma tarixi sizə yaxşı məlumdur. Amma bizim nəsillər gözünü açandan sizin kimi həkimləri görübdür. Ola bilər, yüz il, iki yüz il bundan öncə həkimlər sizdən fərqli idilər, yaxud siz onlara bənzəyirsiniz. Amma о qədər də yox. Biz isə sizin kimi həkimləri görmüşük.
HEYDƏR ƏLİYEV


Həkim adı çəkiləndə ilk növbədə gözlərimiz önündə xəstələrə şəfa verən, hər kəsin sağlamlığının keşiyində duran xilaskar bir peşə sahibinin varlığı canlanır. Odur ki, insanların sağlamlığının keşiyində durmaq, müxtəlif xasiyyətli xəstələrlə dil tapmaq, hər bir həkimdən isti məhəbbət, xüsusi nəvaziş hissi də tələb edir. Dost-tanışın, ata-ananın, qardaş və bacının və.s hörmətini qazanmaq asandır, xəstələrin isə çətindir.

Deyirlər xeyirxahlıq savab bir işdir. Ələlxüsus da, həkim olub insanlara şəfa verəsən, ilk baxışdan olduqca sadə, mehriban, tələbkar bir peşə sahibi olasan, o halda hər kəs həkimi sevəcək, xüsusi rəğət hissi də bəsləyəcək. İndi söhbət açacağımız həkim də, olduqca qayğıkeş, şəfalı əlləri və mehriban xüsusiyyəti ilə əksəriyyətin qəlbinə yol tapan və bu gün Gəncə şəhəır Vərəm Əleyhinə Xəstəxananın baş həkimi işləyən Sevinc xanım . Sevinc xanım həkimlik peşəsinə qəlbən vurğun olmaqla bərabər, çalışdığı sahənin hər bir incəliyinə dərindən yiyələnən, üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran həkimlərmizdəndir. Onun yeganə amalı insanların sağlamlığının keşiyində durmaq, hər kəsə mənəvi cəhətdən həm də dəstək olmaqdır. Bu vaxta qədər o, yüzlərlə xəstəyə həyat bəxş edib və hal-hazırda da sevib seçdiyi peşəsini yaşatmaqdadır.

Sevinc xanım - Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi.

Sevinc xanım insanların sağlamlığının keşiyində möhkəm əzmlə dayanmağı bacarır. O həyatının hər bir anını maraqlı etməyə çalışır, zəhməti isə boşa getmir. “Ağıllı adam həmişə sənət və hünər əldə edib yaxşı ad qoymağa çalışır”. Sevinc həkim öz ağlı dərin dünya görüşü, peşəkarlığı, savadı ilə seçilir. O öz zəhməti hesabına bir çox uğurlar əldə edir, saysız hesabsız insanların sağlam olmasında böyük əməyi olub. Ümudsüz insanların həyatına sevinc qığılcımları səpib, həyatdan küskün olan insanları ikinci dəfə həyata qaytarır. Çalışdığı xəstəxanada hər kəsin dərin hörmətini və rəğbətini qazanıb. Həkimimin əvəzsis əməyi xəstəxanaya gələn xəstələlər tərəfindən yüksək qiymətləndirilir.

CEYHUN QURBANOV

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Gəncədə iki bacının ölüm səbəbi bilindi
Gəncədə iki bacının ölüm səbəbi bilindi - QƏTL
Hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə - Düşmən itkiləri açıqladı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ermənistan Müdafiə Nazirliyinə hücum
Ermənistan Müdafiə Nazirliyinə hücum - atışma baş verib
Sərxoş sürücü "Opel" markalı" avtomobilini Müdafiə Nazirliyinin binasının
reklam
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır - VİDEO
Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə
Günay İbrahimli:
Günay İbrahimli: - “Ay ərzində ən çox qazandığım məbləğ 45 min manat olub”
Röyanı bir nömrə hesab edirsiniz. Bəs Günay İbrahimli nə zaman bir nömrə
Həyat dərsi
Həyat dərsi
XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı
 
XİA.az - TƏQDİMAT