"Medical Plaza" klinikası haqqında dəhşətli xəbər

"Medical Plaza" klinikası haqqında dəhşətli xəbər
Məzar üçün torpaqlar vətəndaşlara pulsuz verilməli olsa da, uzun illərdir ki, bu sahəni Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev özünün ailə biznesinə çevirib

Son zamanlar “Bakıda qəbir yeri bazarı”nı şərikli idarə edən qudalar, Cavanşir Tağıyevlə Arif Qaraşov arasında soyuq yellər əsir və qudalar öz şərikli malları hesab etdikləri qəbir yerlərini bölüşə bilmirlər.

Bu barədə AzMedia.info-nu məlumatlandıran mənbənin bildirdiyinə görə Bakı və ətraf qəsəbələrdə yerləşən qəbiristanlıq müdirlərinin mövcud şəraitdən şəxsi mənafeyləri naminə məharətlə istifadə etməyə çalışırlar. Belə ki, qəbirstanlıq müdirləri yaranmış vəziyyətdən istifadə edərək satdıqları torpaqların bir qismini rahatlıqla mənimsəyə bilirlər.

Qeyd edək ki, hazırda Bakıda və ətraf qəsəbələrdə məzar üçün təqribən 2-3 kvm-lik torpaq sahəsi böyük gəlir mənbəyinə çevrilib. Əslində məzar üçün torpaqlar vətəndaşlara pulsuz verilməli olsa da, uzun illərdir ki, bu sahəni Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev özünün ailə biznesinə çevirib və deməliyik ki, bu “biznes”də böyük pullar var ki, hər kəs həmin pulları ancaq xəyal edə bilər. Hazırda Bakıda kvm-i 200 manatdan 10 000 manata qədər olan müxtəlif qiymətlərlə qəbir yeri satılır. Mərkəzdən bir qədər uzaqda yerləşən Biləcəri qəbiristanlığında isə 1 kvadratmetrin qiyməti 400-500 manat arasında dəyişir. Məzarlığın görkəmli yerində torpağın 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil. Belə ki, Badamdar qəbiristanlığında 800-3000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında isə, hətta 2000-5000 manat civarında və daha yuxarıdır. Ən bahalı yerlər isə təbii ki, Bakının mərkəzində yerləşən qəbtrstanlıqlardır. Maraqlıdır ki, Cavanşir Tağıyevin mətbuata verdiyi açıqlamalarda qəbir yerlərinin vətəndaşlara pulsuz verildiyini dəfələrlə iddia edib. Sitat: “C.Tağıyevin sözlərin görə, yer pulsuz olsa da, dəfn üçün bir qədər xərc çəkmək lazım gəlir. “Müsəlman üçün qəbrin qazılması 63 manat, əgər tabutla olsa 49 manatdır. Amma matrealı, sement, 60 mişar daşı və s. qiyməti ayrıca alınır. Bu materiallara da təxminən 60 manat lazım olur””. (anspress.com)

AzMedia.info-nu məlumatlandıran mənbənin bildirdiyinə görə böyük gəlir gətirən məzar yerlərinin satışı uzun illərdir ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyevlə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov tərəfindən şərikli şəkildə həyata keçirilir. Mənbə bildirir ki, Arif Qaraşov hələ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi işlədiyi dönəmlərdə Cavanşir Tağıyevlə bu sahədə birlikdə fəaliyyət göstərirdi. Sonradan bu şəriklik onların qohumluğu ilə nəticələnib və demək olar ki, bir ailəyə çevriliblər. Belə ki, mənbə bildirir ki, Cavanşir Tağıyevin oğlu Arif Qaraşovun qızı ilə ailə həyatı qurduqdan sonra ikili başqa sahələrdə də şərikli biznes qurublar. Lakin son zamanlar Arif Qaraşovla Cavanşir Tağıyevin arasında münasibətlər korlanıb.

Mənbənin iddasına görə buna səbəb gənc ailədə baş verən münaqişə olub və həmin münaqişə hələ də öz həllini tapa bilmədiyinə görə, qudalar arsında ciddi problemlər ortaya çıxmaqdadır. Belə ki bir müddət əvvəl Tural Tağıyevin nigahdan kənar bir övladı dünyaya gəlməsi barə mətbuatda məlumatlar yayılıb . həmin məlumatda göstərilirdi ki, Tural Tağıyev Sumqayıt Gömrük İdarəsində məsul vəzivədə çalışır. (anaxeber.com)

Qeyd edək ki, bu məlumatın nə qədər dürüst olub-olmamsı ilə bağlı heç bir məlumata malik deyilik. Lakin qarşı tərəf yayılan məlumatı təkzib etməyib və heç bir mövqe açıqlamayıb. AzMedia.info-nu məlumatlandıran mənbənin bildirdiyinə görə hazırda Arif Qaraşovla Cavanşir Tağıyevin arasındakı münasibətlər pis vəziyyətdədir və bu üzdən də qarşılıqlı anlaşılmazlıq şəraitində şərikli bizneslərini ayırmağa çalışsalar da, məzar yeri biznesini heç cür bölüşə bilmirlər.

Xatırladaq ki, Arif Qaraşov bir sıra sahibkarlıq subyektlərinə də rəhbərlik edir. Bu sırada tibb mərkəzləri, o cümlədən "Medical Plaza" tibb mərkəzi də var./ pia.az

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dünya gözəli seçilən iranlı aktrisalar
Dünya gözəli seçilən iranlı aktrisalar
45 yaşlı Niki Kərimi siyahıda 14-ci yeri tutub. Onun həmyerlisi 33 yaşlı
Moskvada Qarabağ danışıqlarının gizli
Moskvada Qarabağ danışıqlarının gizli - Detalları
Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə,
Ermənistan boşalır:
Ermənistan boşalır: - Ölkə əhalisi 13 min nəfər azaldı
2017-ci ilin yanvar-mart aylarında ölkədə yeni doğulan körpələrin sayı
reklam
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Dünən axşam saatlarında Ermənistan müdafiə bölmələri tərəfindən cəbhənin
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistan MTX-nın bundan əvvəl yaydığı məlumatda bildirirdi ki, üç özəl
Dünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neft bahalaşıb
XİA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən
 
XİA.az - TƏQDİMAT