Xərçəngi bir iynə ilə müalicə etmək olacaq

İngiltərəli alimlər xərçəngə qarşı effektiv vaksinin tərtibatına başlayıblar.
Xərçəngi bir iynə ilə müalicə etmək olacaq
Böyük Britaniyalı alimlər xərçənglə mübarizədə inqilabi kəşf etdiklərini iddia edirlər. ANS PRESS-in BBC-nin məlumatına görə, alimlərin təklif etdiyi üsulun mahiyəti insan orqanizmində yaranan şişlərin “ən zəif” yerini tapıb immun sistemini həmin hissə ilə mübarizəyə yönləndirməkdir.

Bu mübarizə üsulu barədə daha əvvəllər danışılsa da London universitetinin alimləri bəyan edir ki, onlar xərçəngin “zəif” hissələrinin tapılması mexanizmini təkminləşdiriblər.

Araşdırmanın nəticəsi olaraq bildilrir ki, hər bir xərçəng xəstəliyi növünə ayrıca yanaşmaq lazımdır. Hər bir şiş hüceyrəsinin tətqiqatının təcrübədə baha başa gələcəyini diqqətə çatdıran alimlər bu sahədə son illər ümidverici nəticələrin əldə olunduğunu bildirib.

Yeni müalicə üsulunun kliniki sınaqlarını alimlər yaxın iki ildə keçirməyi planlaşdırır.

Xərçəngi bir iynə ilə müalicə etmək olacaq
Radioterapiya prosesi
Kimyaterapiya əvəzinə vaksin

Alimlər kimyaterapiya və radioterapiyanın əvəzinə DNT-nin öyrənilməsinə əsaslanan metodlardan istifadə etməyi təklif edir. Bunun əvəzinə xəstələrə, xərçəng şişindən çıxarılan zülal əsasında hazırlanmış vaksin təqdim ediləcək. Həmin vaksin insan orqanizminin immun sisteminə daxil olaraq bədxassəli hüceyrələrlə mübarizə aparacaq.

"Hər xəstə üçün unikal müalicə metodu hazırlanacaq."
Mütəxəsislər uzun müddətdir ki, immun sitemi vasitəsi ilə onkoloji xəstləliklərə qarşı mübarizə aparmağa çalışırlar. Lakin əvvəllər tapılan vaksinlərin heç biri effektiv təsir göstərməyib. Səbəb kimi alimlər orqanizmin mühafizə mexanizminin yalnış istiqamətə yönləndirilməsi ilə əlaqələndirib.

Həkimlərin sözlərinə görə, yeni müalicə üsulu hər bir xəstəyə fərdi yanaşmanı nəzərdə tutur.

“Hər xəstə üçün unikal müalicə metodu hazırlanacaq”, - deyə xərçəng xəstəlikləri instutunun professoru Çarlz Suonton bildirilir.
Xərçəngi bir iynə ilə müalicə etmək olacaq

Bədxassəli şişi ağacla müqayisə edən professor “onun "gövdəsi" var, mutasiya prosesi hansı hüceyrədən başlayırsa elə həmin gövdədən də budaqlara şaxələnir və mutasiya prosesləri baş verir bu proses heterogenez adlanır.

Alimlər tibb sahəsində inqilab edərək, antigenləri dəyişən "gövdə" hüceyrələrini, yəni şiş hüceyrələrinin səthində yerləşən zülalları müəyyən ediblər.


Həkimlər xərçənq hüceyrələrini ağacla müqayisə edir.

“Gövdə” mutasiyasına təsir etmək üçün iki variant təklif edilir.

İlkin variant - hər xəstənin immun sisteminə mutasiyaya təsir etməkdə kömək edən ayrıca vaksin hazırlamaq.

Digər bir variant isə orqanizmdə mutasiya edən hüceyrələrə artıq təsir etməkdə olan immun hüceyrələrini tapıb labaratoriya şəraitində onların sayını çoxaltmaq və yenidən orqanizmə qaytarmaqdır.

“Bu bizə heteroqenezə bir problem kimi yanaşmağa və xərçəngin niyə bu qədər güclü təsirə malik olduğunu anlamğa imkan verən çox vacib addımdır” - xərçəng araşdırmalar insitutunun digər həkimi Mark Herlinger belə deyib.

“ Xərçəngin bir çox növü yerində dayanmır və təkamül prosesindən keçir. Bu hərəkət edən hədəflərə düşmək asan deyil” deyə Herlinger əlavə edib.

Alimlər ümid edir ki, əldə edilən son naliyyət bir çox insanın həyatını qurtara biləcək.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyevin Qətərə rəsmi səfəri başa çatıb
İlham Əliyevin Qətərə rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin Qətər Dövlətinə rəsmi səfəri başa çatıb.
Güclü külək Şəkidə sahibkarlara ziyan vurub
Güclü külək Şəkidə sahibkarlara ziyan vurub - FOTO
Ötən gün ölkə ərazisində anormal külək olub. Küləyin güclü olması
818 min dollarlıq dələduzluq
818 min dollarlıq dələduzluq
XİA.az xəbər verir ki, 55 yaşlı E.Ramazanov hüquq-mühafizə orqanlarına
reklam
Zərərçəkən:
Zərərçəkən: "Akif Çovdarov məni döyməklə və həbslə hədələyib" - YENİLƏNİB
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və
İran yeni qanadlı raketi sınaqdan keçirdi
İran yeni qanadlı raketi sınaqdan keçirdi
İran miqyaslı hərbi-dəniz qüvvələri təlimləri çərçivəsində yeni “Nasr”
Somalinin paytaxtında partlayış
Somalinin paytaxtında partlayış
Somalinin paytaxtı Moqadişoda güclü partlayış olub. Hadisənin səbəbləri
 
XİA.az - TƏQDİMAT