Oqtay Şirəliyev, bu faktlara nə deyirsiniz?

Oqtay Şirəliyev, bu faktlara nə deyirsiniz?
«Semaşko»nun baş həkimi Sabit Hüseynzadə və komandasının fəaliyyəti ciddi nəzarətə götürülməlidir Dövlətin bu tibb ocağına xərclədiyi vəsaitlər niyə batmalıdır?

Son illər ölkənin səhiyyə sistemi ilə bağlı bir sıra islahatlar həyata keçirilsə də, görünən odur ki, reallaşdırılan tədbirlər sözügedən sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün yetərli deyil. Əgər belə olmasaydı, o zaman bu gün əhali arasında «Semaşko» xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzdə yaşanan neqativ hallara, qanun pozuntularına son qoyular, vətəndaşların ciddi narazılığına səbəb olan bir sıra məqamlar aradan qaldırılardı. Lakin təəssüf hissilə də olsa, qeyd etməliyik ki, baş həkim Sabit Hüseynzadənin rəhbərlik etdiyi adıçəkilən tibb müəssisəsində son dövrlər mövcud olan xoşagəlməz hallar əhatə dairəsini bir qədər də genişləndirib. Belə ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə yaşanan olaylarla bağlı yetərincə bilgiyə sahib olduğunu deyən məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada qeyd olunur ki, Sabit Hüseynzadə kadr siyasətini düzgün aparmadığından, eləcə də tabeçiliyində çalışan bəzi şöbə müdirlərinin əməllərinə göz yumması səbəbindən «Semaşko» xəstəxanası artıq əvvəlki nüfuzunu tamamilə itirmək üzrədir: «Deyilənlərə görə, 1 saylı Kliniki Tibbi Mərkəzin baş tibb bacısı bu gün eyni zamanda diaqnostik şöbənin tibb bacısı, neyrotramva şöbəsinin tibb bacısıdır. Yəni 1 tibb bacısı həm 3 vəzifə daşıyır, həm də başqa xəstəxanalarda işləyir. Misal kimi İradə xanımı göstərmək olar». Mənbə iddia edir ki, İradə xanımın Səhiyyə Nazirliyindəki səlahiyyətli şəxslərdən biri ilə yaxın münasibəti olduğundan Sabit Hüseynzadə ona «gözün üstə qaşın var» deməyə belə, çəkinir: «Onu da nəzərinizə çatdırım ki, Kliniki Tibbi Mərkəzin sanitarları nazirlikdə ayrı-ayrı idarə və şöbələrin köməkçisi və ya katibə vəzifələrində saxlanılır. Məsələn, nazirlikdə müalicə işləri üzrə müavin olan Gülmirzə müəllimin katibəsi Dürdanə xanım özünü rəis kimi aparır. Hansı ki, «Semaşko»da uşaq şöbəsinin sanitarıdır. Xəstəxanada 10-dan artıq cərrah və reanimatoloq, həmçinin tibb bacısı ştatları vakant olmalarına baxmayaraq, nazirlikdə kadrlar şöbəsi heç vaxt bu yerlərə qəbul aparmır. Belə ki, reanimasiyada 3 xəstəyə 1 həkim qulluğu müəyyən edilib. Hazırda 20 xəstəyə 1 həkim yardım göstərir. Elə bunun nəticəsidir ki, ağırlaşma və ölüm halları tez-tez baş verir». Baş həkimin müavini Adil Salahovun şəxsi göstərişi ilə ölkə başçısının sərəncamlarının kobud surətdə pozulduğunu, qanunlara məhəl qoyulmadığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, yaş həddi 65 olmasına baxmayaraq, 70 yaşı adlamış həkimlər heç bir kurs və sertifikasiya keçmədən 5 ildən artıqdır ki, işləyirlər: «Deyilənlərə görə, onların hər biri ilinə 5 min manat verməklə buna nail olurlar. Məsələn, cərrahiyyə şöbəsinin həkimi Əli İsmayılov, neyrotravma şöbəsinin həkimi Teyyub Alışov, göz həkimi Rəna xanım, Zaur, Faiq və bir çoxları 5 ildən artıqdır ki, hər ilinə 5000 manat verməklə işdə qalırlar. Bildirilir ki, bu pulları baş həkimin müavini Adil Salahov yığır və aparır nazirlikdə Nigar xanıma verir. Bundan əlavə, növbəyə qalan hər bir həkimdən 70 manatdan pul yığılır. Hələ bu, harasıdır. Qeyd olunur ki, həkimlərin hər biri ayda 600 manat «ödəniş» edirlər».

Əldə etdiyimiz bilgilərdə o da deyilir ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə hər cərrahiyyə əməliyyatına görə 100 manat Adil Salahova, 20 manat Aydın Əlizadəyə pul ödənilir ki, onlar əməliyyata buraxılsın: «Deyilənlərə görə, Adil Salahov xəstəxananı «ailə podratı»na çevirib. Belə ki, oğlunu üst çənə cərrahiyyəsinə lor həkimi, baldızı oğlunu üst çənə cərrahiyyəsinə çənə cərrahı və həyat yoldaşı tərəfdən olan qohumlarının bir çoxunu tibb bacısı və kiçik tibb personalı vəzifələrinə təyin edib. Baş həkim Sabit Hüseynzadəyə gəlincə, o, köhnə vərdişindən hələ də əl çəkməyib. Səhərlər işə qəbul şöbəsindən başlayır. O, əvvəllər qəbul şöbəsinin rəhbəri olub. Yəqin elə bu səbəbdən də vaxtının böyük bir hissəsini qəbul şöbəsində keçirir, evə də elə ordan gedir. Xatirə xanımla keçmişdə olanları tez-tez xatırlayırlar. Baş həkim öz həyat yoldaşını 2 qız övladı ilə boşayıb. Həmin xanım onun xalası qızı olub. Sonradan 2 uşağı olan digər qadınla evlənib. Deyilənlərə görə, həmin xanım Türkiyədə bizneslə məşğul olur və baş həkimin qardaş ölkədəki biznesini idarə edir». Adıçəkilən tibb müəssisəsində dərman pereparatlarının çox aşağı səviyyədə olduğunu iddia edən mənbə bildirir ki, xəstələrə verilən ərzaq payı ayrı-ayrı mağazalarda satılır: «Bundan başqa, elektrik enerjisinə qənaət etmək adı ilə xəstəxananın liftləri işləmir. Bu isə ağır vəziyyətdə olan xəstələrə, eləcə də onların yaxınlarına əlavə problemlər yaradır. Yanğır və təxliyyə vaxtları görüləcək tədbirlər barədə heç bir addım atılmayıb. Belə ki, xəstəxananın personalı və digər sürücülər Nazirlər Kabinetinin əmrinə baxmayaraq, imkan daxilində tibb müəssisəsinin daxilində yerləşdirilməli olduğu halda maşınlar içəri buraxılmır. Onu da qeyd edim ki, xəstəxananın həyətində, həmçinin daxilində birinci mərtəbədə vacib olan tualet yoxdur. Bundan başqa, xəstə yanına gələnlərin heç olmasa, adi çayla təmin olunması üçün bufet də yoxdur. Bütün bunlara baxmayaraq, 1 saylı Kliniki Tibbi Mərkəzin 2-ci mərtəbəsində ayrı-ayrı otaqlar diş həkimlərinə, kardioloqa və doktor Fazil Alıyevə ircarəyə verilib. Bütün bunlardan görünür ki, kadrların seçilib yerləşdirilməsi olduqca bərbad vəziyyətdədir. Belə ki, «Odlar Yurdu» və «San Marino» universitetlərinin, Rusiyanın ayrı-ayrı əyalət və kəndlərində təhsil alan məzunlar, Ukraynanın və Türkiyənin kəndlərində təhsil alanlar ölkənin ən nüfuzlu xəstəxanalarında işləyirlər. Deyilənlərə görə, həkimlər üçün işə qəbulun qiyməti 25-30 min, tibb bacıları üçün 5-10 min civarındadır». 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Sabit Hüseynzadənin bütün işlərini Səhiyyə Nazirliyində müalicə işləri üzrə müavin olan Gülmirzə müəllimlə qurduğunu qeyd edən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən tibb müəssisəsinin şöbə müdirlərinin əksəriyyəti ən son model bahalı avtomobillərlə gəzir: «Deyilənlərə görə, dövlət nömrə nişanı 90 VL 707, 10 RZ 717, 99 BO 959 və 10 SD 811 olan «Land Cruiser» markalı avtomobillər 1 saylı Kliniki Tibbi Mərkəzin şöbə müdirlərinə məxsusdur. Qeyd edim ki, xəstəxananın reanimasiya şöbəsində çalışan anestezioloqlardan biri meyit maşınlarını özəlləşdirib və bu sahəni öz kurasiyasında saxlayır. Belə ki, həmin şəxs xəstələr dünyasını dəyişən kimi dərhal bu barədə onların yaxınlarına xəbər verir və bir sıra yollarla mərhumun yaxınlarını öz maşınlarının xidmətindən istifadəyə razı salır. Onu da vurğulamaq lazımdır ki, Sabit Hüseynzadənin bütün işlərini səhiyyə nazirinin müavini Gülmirzə müəllimlə qurur. Məhz elə buna görə də 1 saylı Kliniki Tibbi Mərkəz dövlət hesabına maliyyələşsə də, özəl müəssisələrdən seçilmir. Xəstəxananın əksər tibb işçiləri özəl klinikalarda çalışırlar. Buna görə də həmin həkimlər baş həkimə «haqq» verirlər. Misal kimi, Ələkbər, İlham, Mahir, Sabir, Şöhrət, Kamil, Nazim, Elçin və Rövşən həkimi göstərmək olar». Sonda bir məqamı diqqətinizə çatdırmaq istərdik ki, 1 saylı Kliniki Tibbi Mərkəzin rəhbərliyi bizi başqaları ilə səhv salmasın. Biz Gundelik-Baku.com saytı olaraq yalnız haqqın, ədalətin yanında olduğumuzdan daim obyektiv məlumat verir və bu səbəbdən də heç kimlə qərəz-filan güdmürük. İstəyimiz odur ki, müvafiq qurumlar qeyd olunan məsələləri araşdırıb lazımı tədbirlər görsün, səhlənkarlığa yol vermiş şəxslər cəzalandırılsın. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. (Gundelik-Baku.com)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
“Exchange”lərin fəaliyyətinə görə lisenziya və rüsum tələb olunacaq
“Exchange”lərin fəaliyyətinə görə lisenziya və rüsum tələb olunacaq
Azərbaycanda valyuta mübadiləsi lisenziyalaşdırılmış sahibkarlıq növü
Natiq Əliyev:
Natiq Əliyev: - Hasilatın azaldılması Azərbaycanın xeyrinədir
“Azərbaycan neftin hasilatının azaldılması ilə bağlı əldə olunmuş
Valyutadəyişmə məntəqələri bərpa olunur:
Valyutadəyişmə məntəqələri bərpa olunur: - Qanun təsdiqləndi
Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi
reklam
Azərbaycana gələr ərəblərin sayı artıb
Azərbaycana gələr ərəblərin sayı artıb
BƏƏ-dən gələn turistlərin sayı 22, İraqdan gələnlərin sayı 30 dəfə artıb.
Valyuta hərracının nəticəsi açıqlanıb:
Valyuta hərracının nəticəsi açıqlanıb: - Dollar bahalaşdı
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı
Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib
Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib
Ali Məhkəməyə yeni hakim seçilib. Xia.az Report-a istinadən xəbər verir
 
XİA.az - TƏQDİMAT