Baş pediatr: - "Süni mayalanma ilə bağlı pediatr və ginekoloqlar arasında narazılıqlar var"

Baş pediatr:
Azərbaycanda uşaqlar 2014-cü ildən etibarən icbari dispanzerizasiyaya cəlb edilib. Bu ilin 9 ayı ərzində respublikada uşaqların 1 672 556 nəfəri (64,6%) tibbi müayinədən keçib.

APA TV-nin xəbərinə görə, bunu Səhiyyə Nazirliynin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bu gün "Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, tibbi müayinədən keçən uşaqların 87 288 nəfəri (5,2%) sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyatına götürülüb: "Sağlamlığında müxtəlif problemlər aşkarlanan 227 955 nəfər (13,6%) azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib. Onlardan 14 345 nəfəri (0,9%) hospitalizasiya olunub, 4 569 nəfəri isə sanator müalicəyə göndərilib".

"Azərbaycanda tibbi müayinədən keçən uşaqlar arasında ən çox tənəffüs sistemi xəstəlikləri və qurd invaziyaları (helmintoz) aşkarlanıb" deyən Nəsib Quliyevin sözlərinə görə, bu xəstəliklər əsasən məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında özünü büruzə verir: "Qurda yoluxma halı ən çox məktəbəqədər yaş dövründə rast gəlinir. Çünki həmin yaşda olan uşaqlar hərəkətdə daha çox olurlar. Buna görə də gigiyenik tələblərə riayət edilmir. Lakin tənəffüs üzvlərinin xəstəliklərinə daha kiçikyaşlı uşaqlarda çox tez-tez rast gəlinir. Bu da uşaq orqanizminin anatomik fizioloji xüsusiyyətləri ilə izah olunur".

Hazırda Azərbaycanda 2 588 959 uşağın olduğunu deyən baş pediatr qeyd edib ki, Azərbaycanda uşaqlar 2014-cü ildən etibarən icbari dispanzerizasiyaya cəlb edilirlər.

Baş pediatr süni mayalanma ilə bağlı pediatr və ginekoloqlar arasında narazılıqlar olduğunu da gizlətməyib. O qeyd edib ki, əslində, süni mayalanmanı həyata keçirən mütəxəssis mütləq şəkildə uşaqların sayının bir və ya iki (əkiz) olmasına diqqət yetirməlidir: "Çünki uşaqların sayı bundan çox olmaz. Lakin həmin şəxs də özünü sığortalamaq, gələcəkdə ona verilən pulu geri qaytarmamaq üçün bir neçə mayalanmış yumurtanı qadının uşaqlığının selikli qişasına implantasiya edir ki, onların "baş tutma" reallığı yüksək olsun. Elə analar da olur ki, bu embrionların hamısı inkişaf edir və nəticədə çoxdöllü hamiləlik olur".

N.Quliyev deyib ki, mütəxəssislər müəyyən metodlar vasitəsilə mayalanmış yumurtanın bir qismini reduksiya edə, yəni götürə bilərlər, lakin bunu etmirlər: "Ona görə də təbii ki, çoxdöllü hamiləlik olur. Çoxdöllülük özü həm ana, həm də uşaq üçün böyük risk faktorudur. Çoxdöllü hamiləliyi olanların doğuşu əslində yuxarı, yəni üçüncü səviyyəli doğuşayardım müəssisəsində həyata keçirilməlidir. Çünki burada böyük risk var. Əgər süni mayalanma zamanı ana beşəm dünyaya gətirəcəksə, onda elə ilk gündən risk faktoru meydana çıxır. Hamiləliyin ilk həftəsində döllənmiş embrionların inkişaf etməyə başladığını görən mütəxəssis elə həmin vaxt mütləq tədbir görməlidir. Bunu etmədikdə, nəticə ürəkaçan olmur".

N.Quliyev bildirib ki, süni mayalanma ilə doğulan uşaqların sağlamlıq problemləri və onlarla bağlı olan risk faktorları digər uşaqlarla müqayisədə daha yüksək olur.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dünya gözəli seçilən iranlı aktrisalar
Dünya gözəli seçilən iranlı aktrisalar
45 yaşlı Niki Kərimi siyahıda 14-ci yeri tutub. Onun həmyerlisi 33 yaşlı
Moskvada Qarabağ danışıqlarının gizli
Moskvada Qarabağ danışıqlarının gizli - Detalları
Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə,
Ermənistan boşalır:
Ermənistan boşalır: - Ölkə əhalisi 13 min nəfər azaldı
2017-ci ilin yanvar-mart aylarında ölkədə yeni doğulan körpələrin sayı
reklam
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Dünən axşam saatlarında Ermənistan müdafiə bölmələri tərəfindən cəbhənin
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistan MTX-nın bundan əvvəl yaydığı məlumatda bildirirdi ki, üç özəl
Dünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neft bahalaşıb
XİA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən
 
XİA.az - TƏQDİMAT