Azərbaycanda meyitdən orqan köçürülməsinə başlanılacaq

Azərbaycanda meyitdən orqan köçürülməsinə başlanılacaq
Azərbaycanda meyitdən orqan köçürülməsinə başlanılacaq“Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın fəaliyyəti ölkədə meyitdən orqan köçürülməsinə təkan verəcək, respublikada meyitdən orqan köçürülməsi həyata keçiriləcək”.
Bunu Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib. Onun sözlərinə görə, Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın əsas məqsədi Azərbaycanda transplantologiya işini daha da mükəmməlləşdirməkdən, mərkəzləşdirilmiş şəkildə Səhiyyə Nazirliyinin nəzarəti altında həyata keçirilməsini təmin etməkdən ibarətdir: “Orqan çatışmazlığı olan xəstələr ölkə daxilində və xaricində müxtəlif həkimlərə müraciət ediblər. Nəticədə çox zaman onlar qeyri-peşəkar xidmət görürlər. Şuranın fəaliyyəti ilə əməliyyata, müalicəyə ehtiyacı olan xəstələr vaxtında peşəkar xidmət göstərilməsi üçün tibbi müəssisələrə yönləndiriləcək ki, onlara vaxtında lazımi peşəkar tibbi xidmət göstərilsin”.
Şura üzvü qeyd edib ki, əməliyyata ehtiyacı olan xəstələr siyahıya alınaraq, bu barədə Səhiyyə Nazirliyinə məlumat veriləcək: “Artıq Şura mütəmadi toplanıb, görüşlər keçirir. Müəyyən məsələlər paket halında hazırlanıb, təkliflərlə birgə Səhiyyə Nazirliyinə təqdim olunub. Hazırda ölkədə nə qədər xəstəyə orqan köçürülməsi ilə bağlı bizdə konkret rəqəmlər yoxdur. Yaxın müddət ərzində belə xəstələrin sayı dəqiqləşdiriləcək və Şuranın işi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
M. Kazımi onu da bildirib ki, Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın sədri vəzifəsinə Mərkəzi Gömrük Hospitalının Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası işinin təşkili məqsədi ilə Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şura yaradılması məqsədi ilə əmr imzalayıb.
Əmrə əsasən Şuranın tərkibi təsdiq edilib. Şuraya Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalar əsas götürülərək insan orqan və toxumalarının transplantasiyası işinin əlaqələndirilməsi, spesifik müayinələrin aparılması, transplantasiya əməliyyatlarının növbəlilik prinsipi əsasında həyata keçirilməsi işinin təşkilinin təmin edilməsi tapşırılıb. Şura transplantologiya işinin təkmilləşdirilməsi sahəsinə, habelə donor bankının yaradılması üzrə təklifləri Səhiyyə Nazirliyinə təqdim edəcək./apa/

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Soyuq hava şəraiti məktəblərdə dərsə davamiyyətə təsir edib
Soyuq hava şəraiti məktəblərdə dərsə davamiyyətə təsir edib
Ölkə ərazisində müşahidə edilən kəskin soyuq hava şəraiti orta məktəblərdə
Tramp yeni miqrasiya fərmanı vəd edib
Tramp yeni miqrasiya fərmanı vəd edib
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, gələn həftə ölkənin müdafiəsinə
Abşeronda göl daşıb, evləri su basıb
Abşeronda göl daşıb, evləri su basıb
XİA.az-ın verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində
reklam
Məmmədyarov və Nalbandyan Münhendə görüşdülər
Məmmədyarov və Nalbandyan Münhendə görüşdülər
Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistanın xarici işlər
Azərbaycanın Müdafiə naziri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - VİDEO
Azərbaycanın Müdafiə naziri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - VİDEO
Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO
Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik
 
XİA.az - TƏQDİMAT