Lavrov: - Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər

Lavrov:
Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İ.Kant adına Baltik Federal Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib.

S.Lavrov bildirib: "Yalnız danışıqlar, başqa yol yoxdur. Bir neçə dəfə problemin danışıqlar yolu ilə həlli yaxın olub, lakin sonra tərəflər arasında müəyyən inamsızlıqlar baş verdi. Amma işlər davam etdirilməlidir".

Rusiya XİN rəhbəri qeyd edib ki, danışıqlar prosesi zamanı müəyyən prinsiplər işlənib hazırlansa da, çox həssas məsələlərə təsir edəcək bir sıra ciddi detalların razılaşdırılması vacibdir: "Amma biz səylərimizi davam etdiririk. Bildiyiniz kimi, Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir və biz münaqişə tərəfləri ilə mütəmadi olaraq görüşürük və bu çərçivədə onlar arasında hələ də razılaşdırılmayan xırda, lakin çox ciddi detalları həll etməyə çalışırıq". (trend)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT