20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planı təsdiqləndi

20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planı təsdiqləndi
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.
Sənədə əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulur.

Həmçinin dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də, televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.

Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda fəaliyyət göstərən əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.

Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar hüzün əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Müdafiə Nazirliyinin BƏYANATI - Düşmən təxribatının qarşısı sərt şəkildə alınacaq
Müdafiə Nazirliyinin BƏYANATI - Düşmən təxribatının qarşısı sərt şəkildə alınacaq
Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin
Dövlət Turizm Agentliyinə sədr təyin edilib
Dövlət Turizm Agentliyinə sədr təyin edilib
XİA.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan
Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olundu
Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olundu
XİA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün
reklam
Yeni nazir Muxtar Babayev kimdir?
Yeni nazir Muxtar Babayev kimdir? - DOSYE
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, Muxtar Bahadur
Dövlət Miqrasiya Xidmətinə yeni rəis təyin edildi
Dövlət Miqrasiya Xidmətinə yeni rəis təyin edildi
XİA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün
Ceyhun Bayramov təhsil naziri təyin olundu
Ceyhun Bayramov təhsil naziri təyin olundu
XİA.az xəbər verir ki, dövlət başçısı bu vəzifəyə hazırda nazir
 
XİA.az - TƏQDİMAT