Qazaxıstan prezidenti: - SSRİ yenidən qurula bilməz

Qazaxıstan prezidenti:
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyinin yaradılmasının SSRİ-nin “yenidən qurulması” ilə heç bir əlaqəsi olmadığını və birliyin sırf iqtisadi layihə olduğunu bildirib.

XİA.az Ria Novosti-yə istinadən xəbər verir ki, bu fikri Qazaxıstan lideri tarixi publisistika janrında yazdığı və Qazaxıstanın müasir tarixinə və gələcəyinə müəllifin baxışını əks etdirən Müstəqillik erası” adlı kitabında ifadə edib.

“Səmərəsiz (irrasional, məntiqsiz) qorxulara qapılan kəslərə gəlincə, belələrinə lazımi cavabı hələ 2011-ci ilin oktyabrında vermişəm: SSRİ-nin restavrasiyası və ya reinkarnasiyası baş vermir və bundan sonra da baş verməyəcək. Bu, yalnız keçmişin kabusu, əsassız gümanları və spekulyasiyalarıdır”, – deyə Nazarbayev cümə axşamı şəxsi saytında dərc olunan kitabında yazır.

Nazarbayevin fikrincə, AİB-nin Avropa İttifaqı ilə əməkdaşlıq potensialı böyük əhəmiyyət kəsb edir.

“Məhz buna görə 2016-cı ilin aprel ayında Brüsseldə Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında birbaşa dialoqun qurulması təşəbbüsü ilə çıxış etmişəm. Dünya elitasına Avrasiya inteqrasiya prosesləri ilə əlaqədar ən etibarlı informasiyanı çatdırmaq üçün bütün imkanlardan istifadə etmişəm”, - deyə müəllif qeyd edir.

Nazarbayevin sözlərinə əsasən, 2016-cı ilin mart ayında Vaşinqtonda ABŞ hökumət rəsmiləri ilə keçirilən görüşdə AİB-nin sırf iqtisadi ittifaq olduğunu diqqətə çatdırıb.

“SSRİ-nin yenidən qurulmasından heç bir söz gedə bilməz. “Soyuq müharibədən” qalan bu stereotiplərin kökünü kəsmək lazımdır. Onlar bizə gələcəyə baxmağa imkan vermir. Avrasiya İqtisadi Birliyi tam iqtisadi layihədir”, - deyə Qazaxıstan lideri vurğulayıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT